CƏMİYYƏT


Azərbaycan XİN tərəfindən Anım Günü ilə əlaqədar hazırlanan videoçarx İndoneziya dilində yayımlanıb

Cakarta, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 27 Sentyabr – Anım Gününün qeyd olunmasına dair Tədbirlər Planı”nın icrası çərçivəsində ölkəmizin Cakartadakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış videoçarxın İndoneziya dilində alt yazısı ilə sosial şəbəkələrdə yayılmasını təşkil edib.

AZƏRTAC xəbər verir ki, videoçarxda 44 gün davam etmiş Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin açıqlamaları, müharibənin gedişatı və Qələbə barədə məlumatlar yer alıb.

Habelə müharibə dövründə Ermənistanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərimizi raket atəşinə tutması nəticəsində dinc əhalinin, uşaq və qadınların həlak olması da öz əksini tapıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.