MƏDƏNİYYƏT


Azərbaycan Xalça Muzeyi “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan Xalça Muzeyi dünyanın ən məşhur turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb.

Muzeydən AZƏRTAC-a bildirilib ki, 2010-cu ildə təsis edilmiş “Mükəmməllik Sertifikatı” mükafatı müəssisələrin göstərdiyi xidmətlərə “TripAdvisor” istifadəçisinin illər ərzində bildirdiyi rəy və münasibətləri əsasında təqdim olunur. Milyonlarla insanın dünyanın müxtəlif şəhərləri, gəzməli yerləri, tarixi məkanları, keyfiyyət, xidmət və digər sahələrdən məmnunluğu əsasında “TripAdvisor” ildə bir dəfə “yaxşıların yaxşısını” seçir və dünyaya təqdim edir.

Azərbaycan Xalça Muzeyinin “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülməsi ölkəmizin zəngin mədəni irsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin daha bir göstəricisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.