Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin qürur səhifəsidir

Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin qürur səhifəsidir

Bakı, 28 may, AZƏRTAC

Şərqdə ilk demokratik, dünyəvi dövlət –Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə olmaqla yanaşı, həm də milli azadlıq ruhumuzun təsdiqi idi. İstiqlal mücahidlərimizin qurduğu və cəmi 23 ay mövcud olmasına baxmayaraq, demokratik dövlətimiz qısa həyatında böyük layihələrini gerçəkləşdirməklə tarixi uğura imza atdı. Yeni qurulan Cümhuriyyət hökuməti üzərinə götürdüyü vəzifələrin öhdəsindən ləyaqətlə gələrək, planlarını həyata keçirə bildi. Xalq Cümhuriyyəti ilkin olaraq Parlament və Hökuməti, dövlət aparatını təşkil edərək ölkənin sərhədlərini müəyyənləşdirdi. Bununla yanaşı, milli aydınlarımız müstəqil dövlətimizin bayrağını, himnini, gerbini yaratdılar və ana dilimiz dövlət dili statusu aldı. Bundan başqa, ordu quruculuğu prosesi və digər taleyüklü məsələlər uğurla reallaşdırıldı. Milli təhsil sisteminin diqqətdə saxlanılmasının nəticəsi olaraq sonrakı dövrlərdə xalqımızın elmi- ictimai və mədəni həyatında əvəzsiz rol oynayacaq Azərbaycan Dövlət Universiteti təsis olundu. Xalq Cümhuriyyəti öz fəaliyyəti dövründə insan hüquq və azadlıqlarının qorunması kimi ali dəyərləri əsas götürərək milli, dini, irqi ayrı-seçkilik və bu kimi mənfi hallara qarşı mübarizədə dünyaya örnək ola biləcək siyasət sərgilədi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, siyasi şərhçi Emin Bağırov bildirib.

O qeyd edib ki, milli inkişafımızın yolu bolşevik Rusiyası tərəfindən kəsilərək, Cümhuriyyətimizə qəsd olundu. Xalqımızın azadlıq arzusu 1920-ci ilin aprel ayında işğal olunaraq, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələndi və bu işğal 70 il davam etdi. Uzun sürən bu işğal dövründə Azərbaycanın tarixi torpaqlarını “bayramlıq tortu” kimi bölüb özünə və qonşularına paylayan sovet Rusiyası ölkəmizin sərvətlərini talan, ziyalılarını, azad düşüncəli insanlarını isə repressiyaya məruz qoydu. Bütün bunlar azmış kimi, ölkəmizi idbar sistemin ənənələrinə uyğun bir şəkildə istədikləri kimi dəyişdirməyi bacardılar. Vətəndaşlarımızla bərabər, ana dilimiz də təzyiq siyasətinə məruz qaldı. Azərbaycanda yad dil hakim oldu.

Bu proses xalqımızın sevimli övladı, Ulu Öndər Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələnədək davam etdi. Belə ki, ölkə rəhbəri kimi Heydər Əliyev şərəfli keçmişi olan Azərbaycanın və azərbaycanlıların milli kimliyini, milli dəyərlərini, toxunulmaz xəzinəsini qorumaqla hamıya örnək oldu.

“Ulu Öndər ana dilinə dövlət dili statusunun verilməsi uğrunda cəsarətlə və qətiyyətlə mübarizə apararaq qalib gəldi. Bu və digər ölçüyəgəlməz fəaliyyəti ilə Ümummilli Lider milli ruhun, intibahın sıxışdırılmasının qarşısını cəsarətlə aldı. Bütün imkanlarını səfərbər edərək, gələcək müstəqil Azərbaycan dövlətinin mexanizmini ustalıqla, özünəməxsus bir şəkildə yarada bildi. Bunun nəticəsi kimi, azadlıq təşnəsi ilə ayağa qalxan Azərbaycan axıdılan qanlar hesabına XX əsrin sonlarında tarixi müstəqilliyinə qovuşdu. Əsrin əvvəllərində endirilən üçrəngli bayrağımız yenidən Azərbaycan səmasında dalğalandı. Xalqımız sonrakı bütün tarixi boyu Cümhuriyyətin zəngin irsini yaşadaraq müqəddəs üçrəngli bayrağımızı yenidən başı üzərinə qaldırdı. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqilliyini bərpa etdi. 28 May Müstəqillik Günü təqvimin bayram gününə çevrildi. Ötən əsrin 90-cı illərin əvvəllərində yenidən öz müstəqilliyinə qovuşan Azərbaycan bu xoşbəxtliyin sevincini yaşamamış əsrin əvvəllərində olduğu kimi yenidən itirilmək təhlükəsi ilə baş-başa qaldı. Milli satqınların xəyanəti ilə pozucu qüvvələrə geniş meydan verilmiş ölkə uçuruma yuvarlandı. Xarici qüvvələrin kəşfiyyat poliqonuna çevrilmiş Azərbaycan müstəqilliyinin itirilməsinin ən təhlükəli mərhələsində idi. Xalqın son ümidi olan Heydər Əliyev vətəndaşların təkidli tələbi ilə siyasi hakimiyyətə gəldi. Azərbaycanın müstəqilliyini qorumaqla böyüklüyünü, liderliyini və Vətənə olan sədaqətini növbəti dəfə bəyan etdi.

Ölkədə davamlı ictimai-siyasi sabitliyə, vətəndaş müharibəsinin qarşısının alınmasına nail olan ulu öndər müstəqil Azərbaycan dövlətinin xilaskarına çevrildi. Azərbaycana rəhbərliyi dövründə keçmişə ehtiramla, sayğı ilə baxan Heydər Əliyev həmişə bildirirdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, möhkəmləndirib gücləndiririksə, buna görə Xalq Cümhuriyyətinə borcluyuq. Cümhuriyyətin tariximizdəki xüsusi yerini və rolunu yüksək dəyərləndirən bu dahi azərbaycanlı qeyd edirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”, -deyə E.Bağırov söyləyib.

Siyasi şərhçi əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ənənəsinə sadiq qalan Prezident İlham Əliyev Xalq Cümhuriyyətinə, onun qurucularına xüsusi ehtiramla yanaşaraq, məmnunluqla qarşılanan tarixi qərar verdi. Belə ki, dövlət başçısı tərəfindən 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi və 100 illik yubileyi ümumxalq coşqusu ilə qeyd olundu: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi vəziyyətdə 2 il fəaliyyət göstərsə də, yaddaşımıza, qəlbimizə xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həkk olunub. Bu gün Cümhuriyyət qurucularının ruhu şaddır. Tariximizdə ilkə imza ataraq torpaqlarımızı işğaldan azad edərək Vətəni birləşdirən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Əsrin əvvəllərində endirilən və 70 il məhbus həyatını yaşamış mübarək Azərbaycan bayrağı bu gün Vətən səmasında dalğalanmaqla könlümüzü oxşayır. Prezident İlham Əliyevin liderliyi ilə bayrağımız həmişə yüksəkliklərdə, azadlığımız isə əbədidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Hindistanda daşqınlar nəticəsində azı 43 nəfər itkin düşüb

İsveç klubunun üç futbolçusu “Qarabağ”la oyunu buraxacaq

Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə bu günədək portal vasitəsilə 98 müraciət qeydə alınıb

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

Beynəlxalq Qızıl Xaç Komitəsi itkin düşmüş şəxslərlə əlaqədar media nümayəndələri üçün seminar keçirəcək

Ümumdünya Kosmos Həftəsi çərçivəsində BDU-da “Kosmos hüququ” mövzusunda seminar keçirilib

Şəhid Cahid Qəniyevin ailəsi ziyarət edilib

Azərbaycan cüdoçusu dünya çempionatının finalına yüksəlib

Moskvada azərbaycanlı şairin xatirəsi anılıb

Sahibkarlarla görüşdə qida məhsullarının daşınması və çatdırılması tələbləri ilə bağlı izahatlar verilib

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasına heç-heçə ilə başlayıb

Ucuzu 20, ən bahalısı 60 manat - Bakıda keçirilən bal yarmarkasından REPORTAJ

Oktyabrın 5-nə olan USD/AZN rəsmi məzənnəsi

Qubada “And yerimiz – şəhidlər” kitabının təqdimatı olub

Cari tədris ilində 175 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib - EKSKLÜZİV

Qlobal İnnovasiya İndeksində UNEC ölkənin innovasiyanı ən yaxşı tətbiq edən universitetidir

DİM-də fizika və rus dili fənləri üzrə imtahan proqramları müzakirə edilib

Profilaktik tədbirlər və maarifləndirmə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqda mühüm rol oynayır

® Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan!

İstiqlal Muzeyində növbəti sərgi - “Müqəddəs andım”

Vətən müharibəsi tarixinə dair yeni nəşrlər işıq üzü görüb

® “Rabitəbank”dan nağd pul krediti üzrə payız kampaniyası!

Böyük Britaniya və İrlandiya indi “Avro-2028”ə ev sahibliyi etmək istəyən tək namizəddir

Azərbaycanlı violin ifaçısı Avstriyada və Çexiyada konsert proqramı ilə çıxış edəcək

Mənzil üzərində mülkiyyət hüququ necə rəsmiləşdirilir?

Dillər Universitetinin Konfutsi İnstitutu Çin şirkətlərinin sərgisində iştirak edib

Alman nəşri: Katrin Kolonna Aİ-ni “qətiyyətlə” Ermənistanın tərəfini tutmağa məcbur edir

Füzulidə “Ölümə qənşər-2” bədii-sənədli filminin təqdimatı olub

“Azərkosmos” və İCESCO Azərbaycanda kosmos sahəsində ilk investisiya layihəsini həyata keçirəcəklərVİDEO

Astronavtlar Milli Aviasiya Akademiyasının qonağı olublar

Azərbaycan və Türkiyə iş adamları arasında biznes sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanın haqq səsini dünyaya çatdıran QHT-lər

® Ölkənin ilk brend rezidensiyası - The Ritz-Carlton Residences, Baku ilə yeni həyatı kəşf edin

Ümumukrayna Gənclərinin Ekoloji Forumunda Qarabağ bölgəsində ekoloji terror mövzusuna toxunulub

Bakıda “Go Green” sərgisi açılıb

Fransada nəşr edilmiş kitabda Azərbaycan tarixi abidələrindən də bəhs olunub

Deputat: Cəbrayılın azad edilməsi Prezident-xalq-Ordu birliyinin gücünün və qətiyyətinin sübutudur

Rusiya XİN: Moskva Qarabağ ermənilərinin bir hissəsinin qayıtmaq istədiyi barədə informasiya alır

“Azərreyl” voleybol klubu yeni mövsümün hazırlığına başlayıb

Tələbələr mediasiya ilə bağlı maarifləndirilib

Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ağsuda Antik dövrə aid nekropolda aparılan tədqiqat yekunlaşıb

“Hekken” – “Qarabağ” oyununun hakimi Azərbaycan çempionunu favorit hesab edir

Otuz il sonra Qazaxın bu kəndində uşaq bağçası fəaliyyətə başlayıb 

Rəsədxana əməkdaşı Estoniyada elmi araşdırma aparır

Bakıdakı Rus evində “Çox sağ olun, müəllimlər!” adlı bayram konserti keçirilib

“Xəzri-2023” birgə taktiki təlimində Azərbaycan və Qazaxıstanın hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər VİDEO

Cəlilabad sakininin intihar faktı üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb

İcma: Ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğulayan Toyvo Klaarın Qərbi azərbaycanlıların qayıdışından danışmaması qəbuledilməzdir

“Hekken”in baş məşqçisi: “Qarabağ” avrokuboklarda böyük təcrübəyə malikdir

İndoneziya mətbuatında Ulu Öndər Heydər Əliyevə həsr edilmiş məqalə dərc olunub

Türkiyəli professor AzMİU-nun müəllim və tələbələri ilə fikir mübadiləsi aparıb

Daha bir qrup Vətən müharibəsi veteranı üçün kiçik bizneslər yaradılıb

Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakıda kosmos proqramlarının planetin gələcəyindəki rolu müzakirə olunub

Leyla Abdullayeva: Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imzalamağa inandırmaqdır

Rusiya XİN: Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir

Təhsil işçiləri üçün vətəndaş məmnunluğunun artırılması mövzusunda təlimlər keçirilir

Avropa Komissiyası Çin elektromobillərinə qarşı təhqiqata başlayıb

Azərbaycanın U-21 yığması oyunlarını “Azersun Arena”da keçirəcək

AZSTAND növbəti dəfə TürkAK tərəfindən akkreditasiya olunub

AVRO-2032 Türkiyə və İtaliyada keçirilə bilər

DYP mövcud hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Xoşbəxt Bağı oğlu Yusifzadə

® “Unibank” müəllimlər üçün kredit kampaniyası keçirir

ŞƏT-ə üzv ölkələr Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoyub

Dövlət Kukla Teatrının direktoru: Heç zaman məcburən bilet satdırmamışıq - MÜSAHİBƏ

Bolqarıstanın Baş naziri: Şengen zonasına qəbul edilməməyimiz müxalifəti gücləndirəcək

Beynəlxalq Muğam Mərkəzində Aşıq Veysəlin xatirəsi yad olunub

RF XİN İstanbulda ABŞ, Aİ və Rusiya nümayəndələrinin Qarabağla bağlı görüşü haqqında informasiyanı təsdiq edib

“A-hub Akselerasiya Proqramı”nın açılış mərasimi keçirilib

Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş sərgi açılacaq

XİN: Ermənistan XİN-in Azərbaycan tərəfindən erməni separatçıların həbsinə dair etiraz bəyanatını qətiyyətlə pisləyirik

Milli Kitabxanada Cəbrayıl Şəhəri Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb

Cəbrayılın azad olunması Ordumuzun zabit və əsgərlərinin şücaətinin nəticəsidir – AÇIQLAMA

Eldar Əzizov: Memarların intellektual əməyinə böyük tələbat var

“Qərbi Azərbaycan aşıqları” adlı şeir antologiyası hazırlanır

Otuz il əvvəl itkin düşən Seyfulla Tairovun Edillidə aşkarlanan nəşinin qalıqları Saatlıda torpağa tapşırılıb VİDEO

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Fəxri xiyabanda dəfn olunub VİDEO

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb

Bakıda dünya çempionu olan koreyalı taekvondoçu Azərbaycan millisinin məşqinə qatılıb

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

® “Birbank Biznes”də yeni “Sürətli kredit” məhsulu istifadəyə verildi

Abşeron yarımadasının bəzi yerlərində leysan yağacağı gözlənilir

Kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı

Vəli Qasımov: Yaşım artdıqca, daha da cavanlaşdığımı hiss edirəm - MÜSAHİBƏ

Yaşıl mələk kimi

NASA Ayda binalar tikməyi planlaşdırır

Yaponiyada Qara Qarayevin iki əsərindən ibarət kitab çap olunub

Beynəlxalq Astronavtika Konqresində növbəti plenar iclasda Çinin bu sahədə uğurlarından danışılıb

Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb

Güclü təsir edən maddələri satış məqsədilə qanunsuz hazırlayanlar məsuliyyətə cəlb olunacaqlar

Bilgəh qəsəbəsində Beynəlxalq Ahıllar Günü qeyd edilib

Daşaltıda nəşinin qalıqları tapılan Veysəl Qasımov torpağa tapşırılıb VİDEO

İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib

Bu il 100 uşaq övladlığa verilib

İndiyədək “Araz Vadisi İqtisadi Zonası” sənaye parkına 10 milyon manata yaxın investisiya yatırılıb

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir VİDEO