Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi diplomatiya

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi diplomatiya

Bakı, 10 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramın göstəricisidir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoyub. Ulu öndərimiz Heydər Əliyev bunu həmişə yüksək dəyərləndirirdi.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: “...Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb”. Bu zəmin 1991-ci ildə gerçəkləşdi, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.

“Azərbaycan Xalq Cümhuriyyəti İli” – 2018-ci il həm də Azərbaycan Ordusunun 100 illik yubiley ilidir.

AZƏRTAC bu münasibətlə Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti, polkovnik Atamalı Şahbazovun arxiv materialları əsasında hazırladığı "Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi diplomatiya" sərlövhəli məqaləsini təqdim edir.

Azərbaycan Xalq Cümhuriyyətinin qərar tutduğu geostrateji məkan və mürəkkəb hərbi-siyasi şərait, əldə edilmiş müstəqilliyin qorunması üçün bütün sahələrdə olduğu kimi, hərbi diplomatiya sahəsində də fəal siyasətin həyata keçirilməsini tələb edirdi. Belə bir siyasət, bir tərəfdən Azərbaycanın müstəqilliyinə qarşı istiqamətlənmiş ciddi hərbi təhlükənin qarşısının alınmasında, beynəlxalq şəraitin formalaşmasına zəmin yaratmaqla bərabər, həm də zəruri bazası və infrastrukturu olmayan Cümhuriyyət Ordusunun formalaşmasına əlavə imkanlar aça bilərdi. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən dərhal sonra ilk hərbi diplomatik fəaliyyət məhz Azərbaycan ilə Osmanlı Türkiyəsi arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, tarixi hərbi əməkdaşlığın qurulması ilə başlamışdı. Azərbaycanın müstəqilliyi və bütövlükdə xalqımızın mövcudluğu üçün real təhlükə olan bolşevik-daşnak təcavüzünün qarşısının alınması üçün Osmanlı Türkiyəsinin məhdud sayda hərbi qüvvələri Azərbaycana gəldi. Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Hər iki ölkə arasında çox səmərəli və faydalı hərbi əməkdaşlıq 1918-ci ildə Bakının yad qüvvələrdən təmizlənməsinə və bu şəhərin Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrilməsinə imkan verdi.

Birinci Dünya müharibəsinin nəticələrini özündə əks etdirən Mudros sülh müqaviləsinin şərtlərinə əsasən, Osmanlı hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalanda, hökumətin qərarı ilə Cümhuriyyətin Hərbi Nazirliyi bərpa edildi. Hərbi Nazirliyin təşkilatlandırılması çar Rusiyası ordusunda tam artilleriya generalı rütbəsinə qədər yüksəlmiş Səməd bəy Mehmandarova həvalə edildi. Onun hərbi nazir təyin edilməsi, ordusu çox zəif olan Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun səmərəli və peşəkar səviyyədə aparılmasında, istiqamətləndirilməsində və müdafiə qabiliyyətinin gücləndirilməsində müqayisə edilməyəcək dərəcədə sıçrayış yaratdı. Hökumət və eyni zamanda, Hərbi Nazirlik ölkənin daxili imkanlarını səfərbərliyə almaqla yanaşı, həm də fəal xarici siyasət aparılmasına diqqəti xeyli gücləndirdi. İlk növbədə, Mudros sülh müqaviləsinin şərtlərinə görə, Azərbaycanın nəzarət altına alınması üçün müttəfiq dövlətlər adından Bakıya göndərilmiş ingilis hərbi qüvvələrinin komandanlığı ilə qarşılıqlı əlaqələrin qurulmasına səy göstərildi. İngilis hərbi komandanlığının tələbi ilə Hərbi Nazirlik Bakıdan Gəncəyə köçürülmüş və orada fəaliyyət göstərməli olmuşdu. Eyni zamanda, həmin tələbə əsasən, bütün milli hərbi qüvvələr də Bakıdan çıxarılmışdı. Sonradan Hərbi Nazirliyin rəhbərliyinin fəal siyasəti nəticəsində 1919-cu il aprelin 5-də Azərbaycanın məhdud sayda hərbi qüvvələrinin Bakıya qayıtmasına icazə verilmişdi.

Bundan başqa, çar Rusiyasından Azərbaycana miras qalmış bir neçə hərbi gəmi də ingilis qüvvələrinin nəzarəti altına keçmişdi. Həmin gəmilərin geri alınması üçün də ingilis hərbi komandanlığı ilə fəal məsləhətləşmələr aparılmışdı. Azərbaycan Hökumətinin ingilis komandanlığı ilə apardığı yazışmalar bunu sübut edir. Amma bütün cəhdlərə baxmayaraq, ingilis komandanlığı Xəzər donanmasına aid olan hərb gəmilərin əsas hissəsini Azərbaycana deyil, Denikin ordusuna təhvil vermişdi. Lakin sonradan həmin gəmiləri geri almaq mümkün olmuşdu.

Denikin ordusunun hücum təhlükəsinin qarşısının alınması Azərbaycan Xalq Cümhuriyyətinin hərbi diplomatiyasının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Denikin təhlükəsi yalnız Azərbaycana qarşı deyil, bütünlükdə Cənubi Qafqaza qarşı istiqamətlənmişdi. Bu təhlükənin qarşısının alınması üçün Azərbaycan ilə Gürcüstan arasında çox fəal və səmərəli hərbi diplomatik əlaqələr quruldu. Məhz mövcud şəraitdə Gürcüstan ilə qarşılıqlı hərbi əlaqələrin qurulması hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edirdi. Həmin hərbi əməkdaşlıq özünün hüquqi əksini 1919-cu il iyunun 16-da iki respublika arasında imzalanmış hərbi sazişdə tapdı.

Sazişi Azərbaycan hökuməti tərəfindən xarici işlər naziri Məmmədyusif Cəfərov, hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi, general-leytenant Məmməd bəy Sulkeviç, Gürcüstan tərəfindən isə xarici işlər naziri Geqeçkori, hərbi nazir Ramişvili, hərbi nazirin köməkçisi Qedevanov və general Odişelidze imzalamışdılar. Tiflisdə imzalanmış üç il müddətinə nəzərdə tutulan on maddəli həmin sazişin əsas mahiyyəti respublikaların hər hansı birinə xarici müdaxilə olacağı halda digər respublikanın ona mümkün hərbi kömək göstərməsi idi.

Bu sazişin imzalanması həmin dövrdə Azərbaycanın dövlət və hökumət rəhbərliyi, habelə siyasətçilər tərəfindən son dərəcə yüksək qiymətləndirildi. 1919-cu il iyunun 27-də Parlamentin fövqəladə iclasında həmin saziş ratifikasiya olundu. Sazişdən əlavə, iki dövlət arasında hərbi-texniki əməkdaşlıq haqqında sənəd də imzalandı. Həmin sənədə müvafiq olaraq, Gürcüstan həm hərbi-texnika və sursat baxımından, həm də kadrların hazırlanması baxımından Azərbaycana əhəmiyyətli kömək göstərdi.

İki ölkə arasında hərbi əməkdaşlığın uğurlu davamı kimi, 1920-ci il yanvarın 20-də Azərbaycanın və Gürcüstanın müştərək Hərbi Şurası təsis edildi. Azərbaycan tərəfindən bu şuraya hərbi nazirin köməkçisi, general-leytenant Əlağa Şıxlinski və Baş Qərargah rəisi, general-leytenant Məmməd bəy Sulkeviç, Gürcüstan tərəfindən isə general Odişelidze və general Kutatelidze təyin edilmişdilər.

Qarşılıqlı hərbi əməkdaşlığın yüksək səviyyədə qurulması üçün Gürcüstanda Azərbaycan Xalq Cümhuriyyətinin hərbi attaşeliyi də təsis edildi. 1919-cu il martın 26-da hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarov 148 nömrəli əmri ilə o zaman Hərbi Nazirliyin hərbi topoqrafiya şöbəsinin rəisi olmuş podpolkovnik Məmməd bəy Əliyevi bilavasitə Ordunun Baş Qərargah rəisinə tabe olmaqla, Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstandakı diplomatik missiyasında hərbi attaşe vəzifəsinə təyin etdi.

İkitərəfli hərbi əlaqələr üçün hərbi attaşelik aparatının vacibliyini nəzərə alan hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il mayın 27-də 271 nömrəli əmrlə Gəncə Praporşiklər məktəbini fərqlənmə ilə bitirmiş praporşik (Cümhuriyyət dövründə ilkin zabit hərbi rütbəsi) Əsgər Əsgərov-Kəngərlinskini Gürcüstandakı diplomatik missiyada hərbi attaşenin tapşırıqçısı vəzifəsinə təyin etmişdi (Sonralar praporşik Əsgər Əsgərov-Kəngərlinski sovet dövründə - 1921-ci ilin iyulundan 1922-ci ilin iyununa kimi Türkiyədəki Azərbaycan Sovet Respublikasının diplomatik missiyasında hərbi attaşe vəzifəsində xidmət etmiş və diplomatik missiya bağlanarkən "Azərbaycanın faciəsi" adlı əlyazmasına görə sovet xüsusi xidmət orqanları tərəfindən cəzalandırılması üçün konvoyla geri gətirilərkən qaçmış və böyük ehtimalla Türkiyədə gizlənmişdi).

Gürcüstanda hərbi attaşeliyin təsis edilməsi bütünlükdə Azərbaycanın hərbi diplomatiya tarixində yeni bir səhifə idi. Çünki bu, Azərbaycanın müstəqilliyi dövründə ilk hərbi attaşeliyi idi. Attaşeliyin səmərəli fəaliyyəti nəticəsində həm Gürcüstandan Azərbaycan Ordusunun təchizatı üçün zəruri olan xeyli sayda silah və hərbi texnika almaq, həm də həmin ölkənin hərbi məktəblərində xeyli sayda Azərbaycan zabitinin müəyyən ixtisaslar üzrə təkmilləşdirilməsi mümkün oldu. Digər tərəfdən, imzalanmış sazişə əsasən,

Azərbaycanın şimal sərhədlərinin, Abşeronun və Bakının müdafiə sisteminin yaradılmasına təcrübəli gürcü zabitlər cəlb edildilər.

Razılaşmaya əsasən, gürcü zabitlər döyüş əməliyyatlarında iştirak etmədən Azərbaycan Ordusunun sıralarında xidmət imkanı da əldə etdilər.

Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun sıralarında xeyli sayda gürcü zabiti xidmət etmişdi. Onlardan ikisi - Azərbaycan Ordusunun general-kvartirmeysteri polkovnik Karqaleteli və hərbiyyə məktəbinin rəisi, polkovnik Çxeidze Azərbaycan Hökumətinin qərarı ilə nümunəvi xidmətlərinə görə general-mayor rütbəsinə layiq görülmüşdülər.

Gürcüstanla imzalanmış sazişə əsasən, qarşı tərəfə zərurət yarandığı anda Azərbaycan tərəfindən hərbi kömək göstərilməsi üçün konkret plan və onun icrası üçün hərbi qüvvə və vəsaitlər müəyyənləşdirilmişdi. Arxiv sənədlərindən aydın olur ki, həmin sazişə əsasən, 1920-ci ilin yanvarında Hərbi Nazirlik Gürcüstana hərbi müdaxilə olduğu zaman göndəriləcək qoşun hissələri barədə məxfi hesabat hazırlamışdı. Həmin hesabata əsasən, Azərbaycan tərəfindən Gürcüstan ərazisinə göndəriləcək və bu ölkənin hərbi komandanlığının tabeliyinə veriləcək hərbi hissələr aşağıdakı kimi təyin olunmuşdu:

1-ci piyada diviziyasından 1-ci Cavanşir alayı - Xankəndidən, 2-ci Zaqatala alayı - Zaqataladan, 3-cü Gəncə alayı - Gəncədən, 1-ci artilleriya briqadasından 1-ci və 4-cü batareya Xankəndidən, 2-ci və 3-cü batareya Gəncədən, diviziyanın qərargahı Gəncədən.

Süvari diviziyasından: 1-ci Qarabağ alayı - Xankəndidən, 3-cü Şəkı alayı - Gəncədən, Süvari-dağ batareyası - Gəncədən.

2-ci Zaqatala alayı Çnoris-Çkali stansiyasına Katexi-Bostan və ya Balakən-Laqodexi yaşayış məntəqələrini qət etməklə çatmalı idi. Digər hərbi hissələrin isə Gəncə-Tiflis dəmir yolu vasitəsilə daşınması hesabatda göstərilmişdir.

Gürcüstan tərəfi də eyni qayda ilə Azərbaycan tərəfinə hərbi müdaxilə edildiyi təqdirdə hesabata uyğun hərbi hissələr göndərməyi öz öhdəliyinə götürmüşdü.

Lakin 1920-ci ilin aprelində bolşevik işğalı o qədər sürətlə baş verdi ki, Gürcüstandan hərbi kömək almaq imkanı olmadı. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin əsas hərbi qüvvələri Qarabağda Ermənistan hərbi qüvvələrinin hərbi təcavüzünün qarşısının alınmasına göndərilmişdi. Ona görə də şimal sərhədləri demək olar ki müdafiəsiz qalmışdı.

Cümhuriyyət dövrünün hərbi diplomatiyasının tarixinə yazılacaq maraqlı hadisələrdən biri də hərbi təchizat əldə edilməsi üçün Hərbi Nazirliyin nümayəndə heyətinin Avropaya səfər etməsi idi. 1919-cu il oktyabrın 20-də hərbi nazir Səməd bəy Mehmandarovun tapşırığına əsasən, Hərbi Nazirliyin nümayəndələri başda 2-ci Azərbaycan piyada diviziyasının komandiri, general-mayor İbrahim ağa Usubov olmaqla, hərbi ləvazimat idarəsindən kollej asessoru (çar Rusiyasında mülki rütbə) Xanbudaqov İtaliyanın paytaxtı Romaya ikitərəfli əlaqələrin yaradılması və hərbi ləvazimatların alınması məqsədilə səfər etmişdi. Nümayəndə heyəti İtaliyanın Müdafiə Nazirliyi ilə ikitərəfli əlaqələrin yaradılmasına nail olmağa çalışsa da, İtaliya Müdafiə Nazirliyi belə əməkdaşlığa meyilli olmamışdı. Bu məqsədlə general-mayor İbrahim ağa Usubov hərbi nazir Səməd bəy Mehmandarovun tapşırığına əsasən, İtaliyanın hərbi ləvazimat hazırlayan “Kiano Qella Komp” şirkəti ilə 1919-cu il noyabrın 23-də Romada Azərbaycan Ordusu üçün 25 min dəst, yüksək rütbəli zabitlər üçün isə əlavə 500 dəst, onlardan böyük ölçü 20 faiz, orta ölçü 50 faiz və kiçik ölçü isə 30 faiz olmaq şərti ilə hərbi geyim (piyada botinkası, üst geyim mundir dəsti, ağ sarğı, qış paltosu və ayaq sarğısı) hazırlanmasına dair müqavilə imzalamışdı.

Müqavilənin şərtlərinə görə, göstərilən əmlakın 1919-cu il dekabrın 20-dək çatdırılması planlaşdırılsa da, 1920-ci ilin aprelində Bakıya çatdırıldı.

Bakının XI Qızıl ordu tərəfindən işğalı ərəfəsində milli ordunun hərbi hissə komandirləri bolşeviklərin əlinə keçməməsi üçün İtaliyadan gətirilmiş bütün geyim ləvazimatlarını şəxsi heyətə paylasalar da, o zaman hərbi və dəniz komissarı olmuş Çingiz İldırımın əmri ilə bütün ləvazimatlar şəxsi heyətdən geri alınaraq XI Qızıl ordunun zabit və əsgər heyəti tərəfindən mənimsənilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşmış hərbi diplomatiya Azərbaycanın hərb və hərbi diplomatiya tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi diplomatiyasının ənənələri Müdafiə Nazirliyi tərəfindən bu gün də uğurla davam etdirilir.

Polkovnik Atamalı Şahbazov

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə dosenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu Devid Kemerona: Öz qərarlarımızı özümüz verəcəyik

Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Fransa polisi Olimpiya Oyunları ərəfəsində insanları Parisdən təxliyə etməyə başlayıb

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Ukraynada ağır cinayətlər törədən erməni əsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib

Ermənistanın sərhəd təxribatları İrəvanın sülhdən uzaq olduğunu göstərir - RƏY

Nizami rayonundakı şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

AMEA-da özbək ədəbiyyatı tarixinə dair monoqrafiya hazırlanır

AzMİU tələbəsi ABŞ-ın Kolumbiya Universitetində təhsil alacaq

Ankarada yeni “Azərbaycan dilinin orfoqrafiya lüğətinin” təqdimatı keçirilib

Hemofiliya xəstəliyi zamanı Aptz dəyərinin yüksək olması müşahidə edilir

Yeni kaledoniyalı parlamentarilər Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olublar VİDEO

Çin “İpək yolu mükafatları” media müsabiqəsinin 2-ci mərhələsini elan edib

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır

Hemofiliya xəstəliyinin yaranma səbəbləri və dərəcələri hansılardır?

Bu il Qaxda 455 hektar sahədə tütün əkini proqnozlaşdırılır

YAP ilə Kuba Kommunist Partiyası arasında əlaqələrin perspektivləri müzakirə olunub

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Paşinyan Tavuş bölgəsinin sakinlərini qismən razı sala bilib

“Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub

Qazaxda Aqrar Biznes Festivalı keçirilib

Qərbi Afrikada hər il təxminən 40 yeni epidemiya qeydə alınır

Azərbaycan Rəqəmsal İnnovasiyalar Sammiti və Kiberdiplomatiya üzrə Beynəlxalq konfransda təmsil olunur

Tarix Muzeyinin Vətən müharibəsi fondunda 3 min 328 inventar qeydə alınıb