ELM VƏ TƏHSİL


Azərbaycan Xalq Cümhuriyyəti dövrünün materiallarından ibarət kataloq nəşrə hazırlanır

Bakı, 10 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin silahlar və bayraqlar fondunda Qafqaz İslam Ordusunun hərbi hissələrinə aid müxtəlif materiallar qorunub saxlanılır.

Muzeydən AZƏRTAC–a bildiriblər ki, bunların sırasında 1918-ci ildə Bakını azad etmiş Qafqaz İslam Ordusuna məxsus bayraq ucluğu xüsusi yer tutur.

Qeyd edək ki, Azərbaycan tarixinin ən önəmli səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə muzeydə bu dövrün materiallarından ibarət kataloq nəşrə hazırlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.