Azərbaycan Xalq Cümhuriyyəti elm və təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verib
AzerTAg.az
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) inşaat-texnologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə fakültənin dekanı, professor Tahirə Haqverdiyeva AXC-nin 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamına əsasən bütün elm və təhsil müəssisələrində, dövlət və özəl qurumlarda silsilə tədbirlərin təşkil olunduğunu deyib. O, AXC-nin tarixindən danışıb, Cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm və təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini qeyd edib.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, universitetin nəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının müdiri Tağı Əhmədov və tələbə həmkarlar ittifaqı komitəsinin sədri Bayram Aslanov çıxışlarında dövlət başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini tarixi hadisə kimi qiymətləndirib, bu qərarın Azərbaycan xalqının dövlətçilik tarixinə, dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə verilən yüksək dəyər olduğunu vurğulayıblar.



Xəbərin mətnində orfoqrafik səhv var