MƏDƏNİYYƏT
Azərbaycan Xalq Cümhuriyyəti İli ilə bağlı Daşkənddə bir sıra tədbirlər nəzərdə tutulub
Daşkənd, 9 mart, AZƏRTAC
Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi ilə əlaqədar Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu istiqamətdə çoxsaylı tədbirlər keçirəcək.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar may ayında Daşkənddə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət Özbəkistanın gənclərdən ibarət Simfonik Orkestrinin ifası ilə “Şərqin ilk parlayan ulduzu: Azərbaycan Xalq Cümhuriyyəti - 100” adlı böyük konsert proqramının təşkili, “Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycanın ədəbiyyat tarixi” adlı kitabın özbək dilində nəşr edilməsi nəzərdə tutulub.
Özbəkistan KİV-ləri arasında “Müsəlman dünyasında birinci demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı məqalə müsabiqənin keçirilməsi, bu mövzuda yerli mətbuatda çoxsaylı məqalələrin dərc olunması və digər tədbirlər də diqqət mərkəzindədir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd