REGİONLAR


Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz izlər qoyub

Füzuli, 18 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Horadiz şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə danışılıb. Tədbir iştirakçıları əvvəlcə Füzuli Dövlət Dram Teatrının foyesində Xalq Cümhuriyyətinin tarixini əks etdirək kitablardan ibarət sərgi ilə tanış olublar.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova və digər natiqlər çıxış edərək, cəmi 23 ay yaşamış Cümhuriyyət hökumətinin qısa vaxt ərzində həyata keçirdiyi tədbirlərdən, o cümlədən dövlətçilik, ordu quruculuğu, mədəniyyət və maarif sahələrində görülən işlərdən, xarici siyasətdə qazanılan uğurlardan söz açıblar. Bildirilib ki, XX əsrin sonunda yenidən öz müstəqilliyini bərpa edən respublikamız ulu öndər Heydər Əliyevin böyük səyi, gərgin əməyi sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib.

Sonda rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər müəssisələrin kollektivləri və məktəblilər şeirlər söyləyib, Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarx göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.