Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi İslamabad şəhərində təntənəli şəkildə qeyd olunub VİDEO

İslamabad, 17 may, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərindəki “Serena” mehmanxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul keçirib.

AZƏRTAC xəbər verir ki, qəbulda Pakistanın müdafiə istehsalatı üzrə federal naziri Usman İbrahim, Baş nazirin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Nasir Cancua, ölkənin tanınmış ictimai-siyasi xadimləri, səfirləri, digər diplomatlar, ölkə ordusunun yüksək rütbəli zabitləri və İslamabadda yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi açılıb, pakistanlı rəssam tərəfindən yağlı boya ilə çəkilmiş Azərbaycanın tarixi və müasir memarlıq abidələrini özündə əks etdirən rəsm əsərlərinə baxış keçirilib.

Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsindən sonra tədbir iştirakçılarını salamlayan ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə xalqımızın tarixində çox mühüm yeri olan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Azərbaycan Prezidentinin Sərəncamına əsasən təntənəli şəkildə qeyd olunduğunu bildirib. Əli Əlizadə 1918-ci il mayın 28-də yaradılan, müsəlman dünyasının ilk parlamentli respublikası kimi dünyanın demokratik dövlətləri tərəfindən tanınan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qan yaddaşında silinməz izlər buraxdığını, müasir müstəqil Azərbaycanın bu Cümhuriyyətin siyasi varisi olduğunu diqqətə çatdırıb.

Səfir 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamızın ötən 25 ildən artıq müddətdə və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət nəticəsində sürətlə inkişaf etdiyini, Azərbaycanın müasir, sülhsevər və sabit ölkə olduğunu vurğulayıb.

Əli Əlizadə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq, qarşılıqlı inam və hörmətə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin yarandığını, Pakistanın Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini, Pakistan Milli Assambleyası və Senatının Xarici İşlər komitələrinin Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edərək, Azərbaycan xalqı və dövləti ilə daim həmrəylik nümayiş etdirdiyini bildirib.

Səfir son bir ildə hər iki ölkədən qarşılıqlı olaraq 30-dan artıq səfərin həyata keçirildiyini, Azərbaycana səfər edən Pakistan vətəndaşlarının sayının son bir ildə 5-6 dəfə artdığını diqqətə çatdırıb. Vurğulanıb ki, mövcud potensialı əks etdirməyən iqtisadi əlaqələrin yüksək səviyyəyə qaldırılması üçün səylər daha da artırılıb, ticarət və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üzrə birgə işçi qrupların 1-ci iclasları keçirilib. Həmçinin elm, mədəniyyət, təhsil, müdafiə sənayesi və hərbi-texniki sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir, eləcə də Heydər Əliyev Fondu tərəfindən Pakistanda sosial və humanitar layihələr uğurla reallaşdırılır.

Usman İbrahim Pakistanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu, səmimi və möhkəm xarakterə malik olan, birgə mədəni və tarixi yaxınlığa söykənən ölkələrimizin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını, Pakistanın Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bəyan edib. Nazir Azərbaycan-Pakistan əlaqələrinin uğurlu gələcəyinin olduğunu vurğulayıb, iqtisadi sahədə qarşılıqlı faydalı əlaqələrin, həmçinin mədəniyyət, təhsil, enerji və müdafiə sahələrində əməkdaşlığın yüksək səviyyəsindən danışıb.

Ölkəmizdən dəvət olunan sənətçilər - Azərbaycanın Əməkdar artistləri Sahib Paşazadə, İlham Nəzərov və Nigar Şahmuradovanın, həmçinin Qaya Dövlət Ansamblının solisti Şölə Səfərəliyeva və Azərbaycan Dövlət Televiziyasının solisti Nigar Şabanovanın ifa etdikləri Azərbaycan xalq və bəstəkar mahnıları, habelə dünya musiqisinin tanınmış əsərləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Mərasimdə Azərbaycanın mədəniyyətinə, tarixinə, turizm potensialına və iqtisadi uğurlarına dair müxtəlif videoçarxlar nümayiş etdirilib, Azərbaycan həqiqətləri ilə bağlı kitablar, bukletlər və digər əyani materiallar tədbir iştirakçılarına paylanıb.

Rəsmi qəbul Pakistanın televiziya kanalları və nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi İslamabad şəhərində təntənəli şəkildə qeyd olunub  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: “Molla Nəsrəddin güldürür və düşündürür”

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin idarə heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb