Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAŞ XƏBƏRLƏR

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dəyərli töhfə

“ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabının təqdimatı keçirilib

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabın “Ön söz”ünün müəllifi, elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Təqdimat mərasimində çıxış edənlər Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Sərəncamına əsasən nəşr olunmuş kitabı əlamətdar yubileyə dəyərli töhfə adlandırıblar.

Cümhuriyyətin diplomatik yazışmalarının öyrənilməsi baxımından zəngin mənbə

Tədbiri açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin bu gün müstəqil Azərbaycan Respublikasında dövlət, eləcə də beynəlxalq və türk dünyası səviyyələrində qeyd edildiyini vurğulayıb. Bildirib ki, təqdimatı keçirilən kitabda İran-Azərbaycan münasibətlərinə işıq salan çox zəngin arxiv materialına əsaslanan məlumatlar Azərbaycanın tarix elmində, ümumiyyətlə, akademik elmində yeni hadisədir. A.Əlizadə deyib: “Kitaba “Ön söz”də yazıldığı kimi, elan edildiyi andan, yəni 1918-ci il mayın 28-dən süquta uğradığı 1920-ci il aprelin 28-dək Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq aləmdə tanınmaq uğrunda çətin diplomatik mübarizəyə qatılıb. Üzləşdiyi bütün ədalətsizlik və yaradılan süni maneələrə baxmayaraq, müstəsna tarixi əhəmiyyətə malik siyasi nailiyyətlər qazanmağı bacarıb. Məhz həmin diplomatik qələbələrin doğurduğu beynəlxalq tanınmanın nəticəsidir ki, Azərbaycan SSRİ tərkibinə vilayət, muxtar qurum kimi deyil, ayrıca müstəqil respublika kimi daxil olub, 70 illik sovet istilası dövründə formal olsa da, öz dövlətçilik atributlarını qoruyub saxlaya bilib”.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində akademiyanın silsilə tədbirlər təşkil edəcəyini vurğulayıb və təqdimatı keçirilən kitabı elmi istiqamətdə mühüm addım kimi dəyərləndirib. “ADR-İran diplomatik münasibətləri haqqında yazışmalar və müasir dövr” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti bildirib ki, kitabda toplanan 98 sənəd Azərbaycan cəmiyyətinə ilk dəfədir təqdim edilir. “Bu sənədlər Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumatlarımızı daha da genişləndirəcək, elmi-tədqiqat baxımından yeni üfüqlər açacaq. Cümhuriyyətin diplomatik yazışmalarının öyrənilməsi baxımından çox mühüm və zəngin məxəz olan kitab çoxcəhətli aspektlərə, məsələn, tarixi, coğrafi, iqtisadi münasibətlər aspektlərinə malikdir. Beynəlxalq münasibətlərə aid xeyli yeni zəngin məlumat burada əksini tapıb. Bu kitab hətta dilçilik, ədəbiyyat baxımından da böyük əhəmiyyətə malikdir”, - deyə İ.Həbibbəyli bildirib.

Akademik Ramiz Mehdiyevin Azərbaycanda cəmiyyət quruculuğunun fəlsəfi dərkini sanballı əsərləri ilə əks etdirən görkəmli elm xadimi olduğunu qeyd edən İ.Həbibbəyli alimin öz fəlsəfi tədqiqatlarını tarixi tədqiqatlarla da zənginləşdirdiyini vurğulayıb. Akademik Ramiz Mehdiyevin Dağlıq Qarabağa, Səfəvilər hakimiyyətinə və Şah İsmayıl Xətaiyə, Nadir şaha həsr etdiyi sanballı monoqrafik tədqiqatlarını xatırladıb. Bildirib ki, təqdimatı keçirilən kitab soykökümüzün, tariximizin milli əsaslar və müstəqil dövlətçilik maraqları baxımından yenidən öyrənilməsi zərurətini meydana qoyan çox sanballı əsərdir: “Bu kitabda ilk dəfədir Cümhuriyyət tarixi yazılı mənbələr əsasında sistemli şəkildə sanballı müqəddimə ilə Azərbaycan cəmiyyətinə, geniş oxucu kütləsinə, akademik auditoriyaya təqdim edilir”.

Cümhuriyyətin Azərbaycan dövlətçiliyindəki roluna yeni baxış

Kitabda azərbaycançılıq mövqeyini xüsusi vurğulayan İsa Həbibbəyli akademik Ramiz Mehdiyevin “Ön söz”də və şərhlərində Cümhuriyyət rəhbərlərinin dövlətin adının Azərbaycan olması uğrunda mübarizəsini faktlar və sitatlarla diqqətə çatdırdığını bildirib. “Kitabda təqdim edilən sənədlər azərbaycançılıq baxımından Cümhuriyyətin apardığı mübarizənin yazışmalar nəticəsində meydana qoyduğu yeni sənədlərdir və azərbaycançılıq fəlsəfəmizin yenidən müstəqillik şəraitində öyrənilməsi baxımından çox mühüm faktlardır. Burada Cümhuriyyətin Azərbaycan dövlətçiliyindəki roluna yenidən qiymət verilib”, - deyə məruzəçi bildirib.

Qeyd olunub ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunsa da, indiyədək arxiv sənədlərinə sovet ideologiyasından qalmış təsir altında bir qədər ehtiyatla qiymət verilib. Akademik Ramiz Mehdiyev ilk dəfədir ki, bu kitabda Cümhuriyyətin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolundan rəsmi sənədlərə istinadla danışır. Onun yeni formatda təqdim etdiyi anlayışa görə, əgər Cümhuriyyət qalib gəlməsəydi, həmin sənədlər olmasaydı, Azərbaycan SSRİ tərkibində öz sərhədlərini, dilini, atributlarını qoruyub saxlamaqla təsbit oluna bilməzdi. Bu, mövcud yanaşmaların məntiqi davamı olsa da, möhkəmlənmiş elmi-siyasi formatdır, gələcək tədqiqatçılara da dövlətçilik tariximizi möhkəm elmi əsaslarla öyrənməyə kömək edə bilər.

Akademik İsa Həbibbəylinin fikrincə, kitabdakı mühüm məsələlərdən biri də Cümhuriyyətin digər rəhbərlərinin fəaliyyətinin yeni səhifələrinin bu yazışmalar çərçivəsində öyrənilməsi və üzə çıxarılmasıdır. Nəşrdə Məmməd Əmin Rəsulzadənin maraqlı məqalələrinin şərhləri, habelə Fətəli xan Xoyskinin, Adil xan Ziyadxanovun, Mehdi bəy Hacınskinin, Həsən bəy Ağayevin tərcümeyi-halı, fəaliyyəti, mübarizəsi ilə bağlı yeni faktlar təqdim olunur. Bütün bunlar yeni yanaşmaya, yenidən dəyərləndirməyə kömək edə bilər. “İran barədə, indiyə qədər yalnız adını eşitdiyimiz Təbatabainin fəaliyyəti bu kitabda ilk dəfədir sanballı şəkildə verilir. Bu, İran-Azərbaycan münasibətlərində qarşı tərəfin mövqeyini öyrənmək baxımından bizə zəngin faktlar verir. Habelə Qacarlar hakimiyyətinin o dövrdə Azərbaycana baxışı, əvvəlcə ehtiyatlı münasibəti, daha sonra Cümhuriyyəti tanımasına doğru addım atmaları üçün zəruri şərtlər və onların şərhi, müqəddimədəki şərh tam yeni baxışdır”, - deyə akademik İ.Həbibbəyli bildirib.

Cümhuriyyət tarixinin müasirlik işığında təhlili

“Kitaba “Ön söz”, burada toplanılan sənədlər, eyni zamanda, erməni məsələsinə aydınlıq gətirir. Ermənilərin İran dövlətində mövqeyi, dövlət sərhədlərində və gömrük məntəqələrində tutduqları vəzifələrdə onlara yaradılan üstün şərait, azərbaycanlılara maneə real sənədlərlə, konkret faktlarla göstərilir. Kitabdakı sənədlər ermənilərin Azərbaycan-İran münasibətlərinə vurduqları zərbələri, onların Qafqaz regionunda mənfur siyasətini də açıqlayır. Bu kitab Cümhuriyyət tarixinin elmi əsaslarla yanaşı, müasirlik, dövlətçilik işığında öyrənilməsi uçun bələdçi rolunu oynayacaq”, - deyə akademik İsa Həbibbəyli fikrini yekunlaşdırıb.

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabını Azərbaycan mənbəşünaslığında mühüm hadisə kimi dəyərləndirib. O deyib: “Bizim tarix elmimiz sovet dövründə sanballı tədqiqatçıların çiynində formalaşıb. Azərbaycanın tarix elmi son dərəcə mürəkkəb hadisə ilə qarşılaşanda akademik Ramiz Mehdiyev mövqeyini bildirir. Bundan sonra tarixçilərdə də cəsarət yaranır. Məsələn, Şah İsmayıl və Nadir şahla bağlı akademik Ramiz Mehdiyev öz sözünü deyib. Erməni məsələsi ilə bağlı görkəmli alim “Gorus-2010. Absurd teatr mövsümü” kitabı ilə Azərbaycanın tarix elminin mövqeyini müdafiə edib. Görkəmli tarixçilərimizin üzərinə götürdükləri missiyanı akademik Ramiz Mehdiyev davam etdirir. Bu kitabın nəşri tarixin ibrət dərsi, tarixə yeni baxışdır”.

Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Qafqazşünaslıq İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Musa Qasımlı, arxiv sənədlərini fars dilindən tərcümə edən Şahin Yəhyayev çıxışlarında diqqətə çatdırıblar ki, bu kitab Cümhuriyyət tarixinin daha dərindən öyrənilməsinə, bununla bağlı bir çox məsələlərin araşdırılmasına ehtiyac olduğunu göstərir. Kitaba yazılmış “Ön söz” həm də Azərbaycanda mənbəşünaslığa, gənc tədqiqatçılara istiqamət verir. Kitab Azərbaycan Xalq Cümhuriyyəti – İran münasibətlərinin tarixinə dair fars dilindən tərcümə olunmuş ilk sənədlər toplusu və İranın diplomatiya üslubu saxlanılmaqla tərcüməsi ən mükəmməl diplomatiya dili olan nəşrdir.

Topluda həmin dövrdə Bakıda xüsusi diplomatik tapşırıq əsasında Seyid Ziyaəddin Təbatabainin rəhbərliyi ilə fəaliyyət göstərmiş İran nümayəndə heyətinin öz ölkəsinin rəhbərliyinə ünvanladığı məktublar, hesabat və analitik təhlillər əksini tapıb. Nəşr təkcə Azərbaycan Xalq Cümhuriyyəti - İran münasibətlərinin deyil, o dövrdə Qafqaz regionunda cərəyan edən siyasi proseslərin tədqiqi baxımından da mühüm əhəmiyyətə malikdir. Sənədlərin böyük əksəriyyətinin uzun müddət məxfi xarakter daşıması səbəbindən geniş ictimaiyyət onlardan xəbərsiz olub. Odur ki, kitabda toplanmış sənədlər Cümhuriyyətin siyasi tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salır, həmçinin bəzi yanaşmaları yenidən nəzərdən keçirməyə əsas yaradır.

Təqdimat mərasiminə yekun vuran akademik Akif Əlizadə bildirib ki, kitabda tarixin və diplomatiyanın qısa, lakin zəngin interpretasiyası nəzərə çatdırılır. Təhlil edilən sənədlər gələcək üçün bir proqram müəyyənləşdirir. Bu proqram tarixçilərin, filosofların, diplomatiya, humanitar elmlərlə məşğul olanların qarşısına Cümhuriyyətin tarixi ilə bağlı kompleks tədqiqat aparmaq vəzifəsi qoyur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb