CÜMHURİYYƏT - 100


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Belqrad Universitetində də qeyd edilib

Belqrad, 19 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Belqrad Universitetində də qeyd edilib.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və gördüyü işlər, milli dövlətimizin hələ yüz il bundan öncə, hətta bir çox Qərb ölkələrindən əvvəl demokratik dəyərləri bəyan etməsi, irqindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir vətəndaşına bərabər hüquqlar, qadınlara səsvermə və təhsil almaq hüququ verməsi barədə danışıblar. Müasir müstəqil Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq onun bütün demokratik ənənələrinə sadiq qaldığı və bu ənənələri bu gün də yaşatdığı diqqətə çatdırılıb.

Sonra tədbir iştirakçıları “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı filmə baxıblar.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.