Azərbaycan Dövlət İnformasiya Agentliyi

CÜMHURİYYƏT - 100

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Bolqarıstanda da qeyd olunub VİDEO

Sofiya, 25 may, AZƏRTAC

Xalqımızın tarixinə böyük və əlamətdar hadisə kimi daxil olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Sofiya şəhərindəki “Sofiya Balkan” otelində Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

Qəbula Bolqarıstan Respublikasının vitse-prezidenti İliyana Yotova, energetika naziri Temenujka Petkova, Dövlət Kəşfiyyat Agentliyinin sədri Draqomir Dimitrov, Elmlər Akademiyasının prezidenti Yulian Revalski, bu qurumun vitse-prezidenti Vasil Nikolov, Azərbaycan–Bolqarıstan parlamentlərarası dostluq qrupunun sədri Həmid Həmid, Xarici İşlər Nazirliyinin ikitərəfli münasibətlər üzrə baş direktoru Kostadin Kocabaşov, müxtəlif dövlət qurumlarının təmsilçiləri qatılıblar. Mərasimdə, həmçinin universitet və hərbi akademiyaların rektorları, muzey direktorları, siyasətçilər, parlament üzvləri və ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbər və əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, azərbaycanlı tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Bolqarıstan ictimaiyyətinin nümayəndələri, o cümlədən tanınmış elm, mədəniyyət, incəsənət xadimləri və iş adamları iştirak ediblər.

Tədbirdə məşhur bolqar bəstəkarı və dirijoru Kiril Lambovun rəhbərlik etdiyi xor qrupunun ifasında Azərbaycanın və Bolqarıstanın dövlət himnləri səsləndirilib.

Çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova mayın 28-də qeyd olunan Respublika Gününün dünya azərbaycanlıları üçün tarixi əhəmiyyət kəsb edən hadisə olduğunu bildirib. Bu il 100 illik yubileyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin məhz 1918-ci il mayın 28-də elan olunduğunu iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycanın Milli Şurası tərəfindən 100 il əvvəl “İstiqlal Bəyannaməsi”nin elan edilməsinin, Azərbaycan dövlətçiliyinin parlament demokratiyası formasında bərpasının tarixi hadisə kimi vurğulayan N.Qurbanova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti etnik, dini, cinsi və sosial statusundan asılı olmayaraq hər bir vətəndaşının bütün mülki və siyasi hüquqlarını təmin edib. Səfir vurğulayıb ki, müsəlman və türk dünyasında ilk dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara bərabər seçki hüququ verən birinci müsəlman çoxluqlu ölkə və bu meyar üzrə öndə gedən Avropa ölkələrindən biri olub.

Birinci Dünya Müharibəsinin çox mürəkkəb daxili və beynəlxalq siyasi mühitində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk günlərindən ciddi çətinliklərlə üzləşməsinə baxmayaraq, onun parlament və hökumətinin bir çox mühüm qərarlar qəbul etdiyini deyən diplomat bildirib: “Əvvəlki dövrlərdə demokratik dövlətçilik təcrübəsi olmasa da, bu, Azərbaycan Xalq Cümhuriyyəti liderləri üçün maneə olmadı, onlar demokratik arzu və mütərəqqi mənəvi gücün sayəsində demokratik dövlət və cəmiyyət qurmağa müvəffəq oldular”.

Azərbaycan Xalq Cümhuriyyətində yaşayan bütün millətlərin həm hökumət, həm də 11 fraksiyada əhatə olunmuş 120 nəfərlik parlamentdə təmsil olunduğunu qeyd edən səfir mövcud olduğu iki il ərzində parlamentin 230 qanun qəbul etdiyini diqqətə çatdırıb. Cümhuriyyətin beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi üçün göstərilən səylər barədə məlumat verən N.Qurbanova Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirak etməsi və Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınmasına nail olunması barədə iştirakçıları məlumatlandırıb.

Səfir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bugünkü Azərbaycan müasir, dünyəvi və öz tarixi ilə qürur duyan müstəqil dövlətdir. Azərbaycan böyük arzularla gələcəyə baxır, multikultural cəmiyyətin inkişafı yolunda əmin addımlarla irəliləyir. Ölkəmiz regional iqtisadi əməkdaşlığa, beynəlxalq sülh və təhlükəsizliyə, həmçinin mədəniyyətlərarası dialoqa dünya miqyasında töhfə verməkdə davam edir.

Diplomatik əlaqələrinin yaradılmasından ötən 26 il ərzində Azərbaycan və Bolqarıstan arasında mükəmməl ikitərəfli münasibətlərin və aktiv siyasi dialoqun qurulduğunu deyən səfir bu illər ərzində qarşılıqlı maraq doğuran bir çox sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə nail olunduğunu vurğulayıb.

2015-ci ilin martında münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edən diplomat Bolqarıstanın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına birmənalı dəstəyinin yüksək qiymətləndirildiyini söyləyib. N.Qurbanova Azərbaycan-Bolqarıstan münasibətlərinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.

Sonra fəxri qonaq qismində Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliyana Yotova və energetika naziri xanım Temenujka Petkova çıxış ediblər.

Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliyana Yotova 1918-ci il mayın 28-də müsəlman Şərqində elan edilən ilk dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyində çıxış etməsinin onun üçün böyük şərəf olduğunu bildirib. Bolqarıstan Respublikası Prezidenti və şəxsən öz adından Azərbaycan xalqını təbrik edib.

Bildirilib ki, Birinci Dünya müharibəsinin sonunda Şərqdə bir qrup insan tərəfindən demokratiya və parlamentarizmdən bəhs edən “İstiqlal Bəyannaməsi”nin elan edilməsi böyük tarixi hadisədir. Vitse-prezident son dərəcə mürəkkəb tarixi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən məktəb, uşaq bağçası, ali təhsil müəssisələrinin açıldığını, parlamentin Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun qəbul etdiyini xatırladıb.

Bolqarıstan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrdən duyulan məmnunluğu ifadə edən İ.Yotova 2017-ci ilin sonu və 2018-ci ilin əvvəlində uğurla həyata keçirilən yüksək səviyyəli səfərlər nəticəsində iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrin genişləndirildiyini, eyni zamanda, daha da inkişafı üçün yeni imkanların yaradıldığını bildirib.

“Birgə nəqliyyat və enerji layihələrini həyata keçirmək ölkələrimiz arasında daha çox əlaqə yaratmağa kömək edəcək”,- deyən vitse-prezident Bolqarıstan ilə Azərbaycan arasında iqtisadi və mədəni əlaqələrin inkişafının bu ilin əvvəlindən Sofiya ilə Bakı arasında birbaşa müntəzəm təyyarə reysinin açılması ilə daha da asanlaşdığını bildirib. O əlavə edib ki, Avropa İttifaqı Şurasına sədr kimi Bolqarıstan Azərbaycan ilə Aİ arasındakı dialoqun inkişafından və yeni saziş üzrə danışıqlarda irəliləyişin müşahidə olunmasından məmnunluq hissi keçirir.

İ.Yotova qeyd edib ki, bolqarlar Azərbaycanı sadəcə iqtisadiyyat, enerji, qaz və nəqliyyat sistemində sabit və etibarlı tərəfdaş kimi deyil, eyni zamanda, mədəniyyətinin dərin kökləri və minillik ənənələri olan ölkə kimi dəyərləndirirlər.

Daha sonra IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün 2017-ci ilin mayında Bakıya səfərini xatırladan vitse-prezident Azərbaycan xalqının qonaqpərvərliyi ilə bağlı təəssüratlarından danışıb, mədəniyyətlər, irqlər, dinlər və millətlərin harmoniyasına nail olmaq baxımından mədəniyyətlərarası dialoqun mühüm vasitələrdən biri olduğunu vurğulayıb.

Çıxışının sonunda İ.Yotova böyük Azərbaycan şairi Nizami Gəncəvinin dostluqla bağlı şerindən sitat gətirib.

Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova isə əlamətdar günlə bağlı xoş fikirlərini səsləndirib, ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndiriməsinin vacibliyini vurğulayıb.

Dost Azərbaycan və bolqar xalqları arasında münasibətlərin böyük perspektivlərinin olduğunu ifadə edən nazir energetika, iqtisadiyyat, elm, təhsil də daxil olmaqla bütün sahələrdə böyük əməkdaşlıq imkanlarının olduğunu ifadə edib. T.Petkova Azərbaycanın Bolqarıstan üçün böyük dost olduğunu deyib. Qonaq Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinə toxunub və “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən danışıb.

Rəsmi çıxışlardan sonra qəbulla bağlı Bolqarıstan Respublikasının yüksək dövlət rəsmilərinin və ictimaiyyətinin nümayəndələrinin, o cümlədən Bolqarıstan Respublikası Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini və müdafiə naziri K.Karakaçanovun, Dövlət Kəşfiyyat Agentliyinin sədri D.Dimitrovun, Gömrük Agentliyinin direktoru Q.Kostovun, Müdafiə Qərargahının rəhbəri A.Botsevun, G.S.Rakovski adına Hərbi Akademiyanın rəisi, general-mayor Q.Angelovun və digər rəsmi şəxslərin, Bolqarıstan müsəlmanları Baş müftisinin, həmçinin bir sıra şəhərlərin mer və qubernatorlarının təbrik məktubları oxunub.

Qəbulda istedadlı bolqar musiqiçilərin ifasında nadir Azərbaycan mahnılarının səsləndirildiyi canlı musiqi gecəsi təşkil olunub və qəbul ziyafətlə davam etdirilib.

Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan, baş prodüseri Arzu Əliyeva olan “Əbədi ezamiyyət” sənədli filmi bolqar dilinə alt yazı ilə nümayiş etdirilib. Filmin nümayişi qəbulda iştirak edən qonaqları Azərbaycan Xalq Cümhuriyyətinin tarixi missiyası və ölkəmizin dövlətçilik tarixi haqqında məlumatlandırmağa, Bolqarıstan cəmiyyətində xalqımızın nisbətən az məlum olan səhifəsinə işıq salmağa, xalqımızın və dövlətimizin hazırki uğurlara çatmaq naminə keçdiyi kəşməkəşli yol barədə məlumatlandırmağa imkan verib. Qəbulda, həmçinin səfirlik tərəfindən hazırlanmış, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyəti paytaxtı olmasını təsvir edən loqotip nümayiş olunub.

Rəsmi qəbul zamanı “İrs” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş sonuncu buraxılışı və bolqar dilində nəşr olunmuş “Müasir Azərbaycan antologiyası” kitabından ibarət sərgi təşkil edilib.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Bolqarıstanda da qeyd olunub  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Bakıda dünya qastroenteroloqlarının 20-ci beynəlxalq konqresi işə başlayıb

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Maqtımqulu Fraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub VİDEO

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI