ELM VƏ TƏHSİL


Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümünə həsr olunmuş elmi seminar

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümünə həsr olunmuş elmi seminar keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə professor Solmaz Rüstəmova-Tohidi “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Tarixi faktlara əsaslanan fotoslaydla çıxış edən S.Tohidi Cümhuriyyətin yaradılmasının Azərbaycan tarixində çox mühüm hadisə olduğunu bildirib. Seminarda 1918-ci ildə Şimali Azərbaycanın tarixi ərazilərində yaradılan yeni müstəqil milli dövlətin “Azərbaycan” adlandırılması və bu hadisənin bir sıra xarici qüvvələr və ölkələr tərəfindən birmənalı qarşılanmaması kimi məsələlərə toxunulub.

Qeyd edək ki, S.Tohidinin müxtəlif ölkələrin dövri mətbuatı, arxiv sənədləri, elmi tədqiqat əsərləri daxil olmaqla geniş mənbələr əsasında yazılmış eyniadlı (“Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti”) monoqrafiyasında “Azərbaycan” kəlməsinin hələ XIX əsrin sonları XX əsrin əvvəllərində milli ruhlu Azərbaycan ziyalıları tərəfindən Cənubi Qafqazın türkdilli mətbuatında və Azərbaycan ədəbiyyatında dövriyyəyə gətirildiyi, sonrakı mərhələlərdə Azərbaycan ictimai-siyasi fikrində və Azərbaycan xalqının şüurunda təsbit olunduğu və 1918-ci ildə yaradılan dövlətin məhz tarixi-milli zəmində “Azərbaycan” adlandırıldığı göstərilir.

Tədqiqatçı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda akademik Nailə Vəlixanlı Solmaz Rüstəmova-Tohidiyə çıxışına görə təşəkkür edərək fəxri fərman təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.