Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü İsrail Dövlətində qeyd edilib

Bakı, 29 may, AZƏRTAC

İsrailin Netaniya şəhərindəki Mədəniyyət evi mayın 28-də əslən Azərbaycandan olanların həqiqi azərbaycançılıq və həmrəylik ocağına çevrilib. Mədəniyyət evində Azərbaycanda doğulub boya-başa çatan insanlar üçün əsl bayram əhval-ruhiyyəsi hökm sürüb. Bu yaxınlarda yaradılmış “Odlar Yurdu” İsrail-Azərbaycan teatr truppasının kollektivi tamaşaçılara Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş təntənəli bayram proqramı təqdim edib.

Əvvəlcə Azərbaycanın və İsrailin dövlət himnləri səslənib. “Odlar Yurdu” İsrail-Azərbaycan teatr truppasının bədii rəhbəri, rejissor Səadət Şükürova ilk demokratik Cümhuriyyətin bütün müsəlman Şərqində və müasir müstəqil Azərbaycanın tarixində böyük tarixi əhəmiyyətindən danışıb.

İsrailin beynəlxalq münasibətlər sahəsində tanınmış eksperti, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı Arye Qut müsəlman dünyası ölkələri arasında demokratik hakimiyyət təsisatları olan ilk parlamentli respublika kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi üzərində ətraflı dayanaraq deyib: “Müsəlman Şərqində ilk parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın qədim dövlətçilik ənənələrini qoruyub saxlayaraq, müasir dövrə xas dövlət təsisatları yaratmağa nail olub. Milli parlamentarizmin təşəkkülü tarixi Azərbaycan parlamentinin 1918-ci il dekabrın 7-də keçirilən birinci iclasından başlayır. Birinci qərarı ilə milliyyətindən, dini etiqadından, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin yaradılması son dərəcə mürəkkəb vəziyyətdə elan edilib. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılara və İsraildə yaşayan Azərbaycandan gəlmələrə çox əzizdir. Bu gün Azərbaycan əsl sivilizasiyalararası dialoq örnəyidir. Mənə istər müsəlman, istərsə də xristian olsun, daha bir ölkə göstərin ki, orada Prezidentin və birinci xanımın himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi mərkəzi inşa edilsin. Zənnimcə, siz sadəcə onu tapmayacaqsınız”.

Türkiyənin İsraildəki müvəqqəti işlər vəkili Doğan İşıq İsraildəki Azərbaycan icmasını təbrik edərək deyib: “Mən çox fəxr edirəm ki, bu gün burada - İsraildə, Respublika Günü münasibətilə bu təntənəli mərasimdəyəm. Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq əlaqələrinin və geniş əməkdaşlığın böyük tarixi var. Lakin bu münasibətlərin ən əhəmiyyətli hissəsi Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi dövrünə təsadüf edir. Türkiyə ordusu məhz Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrdə Azərbaycan paytaxtını daşnaklardan və bolşeviklərdən azad edib. Azərbaycanın XX əsrin sonunda dövlət müstəqilliyi uğrunda mübarizə aparmasına ən güclü dəstək Türkiyədən gəlib. Azərbaycan dövlət müstəqilliyini elan edəndən sonra onu müstəqil dövlət kimi tanıyan ilk dövlət Türkiyə olub”.

Akko şəhərinin (İsraildə ən çoxsaylı Azərbaycandan gəlmə yəhudi icması burada yaşayır) Azərbaycandan olan dağ yəhudiləri icmasının başçısı Şirin Nexamiya Mixaeli bildirib ki, İsrail Dövləti 20 minlik yəhudi icmasına səmimi və mehriban münasibət bəslənməsində Azərbaycan rəhbərliyinin rolunu yüksək qiymətləndirir. O deyib: “Azərbaycanda antisemitizm yoxdur və heç vaxt da olmayıb. Biz, əslən Azərbaycandan olanlar bu tolerantlıq və multikulturalizm amili ilə həmişə fəxr etmişik. Burada Qırmızı Qəsəbəni xatırlamaq yerinə düşər. Qırmızı Qəsəbə dünyada İsraildən sonra bəlkə də yeganə yerdir ki, burada 5 min yəhudi yığcam yaşayır, Azərbaycan xalqının tolerantlığına gözəl nümunədir və Azərbaycandan gəlmə yəhudilər üçün qürur mənbəyidir”. Şirin Nexamiya Mixaeli Akko şəhərinin meri Şimon Lankri və Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) prezidenti German Zaxaryayevin adından Azərbaycan rəhbərliyini və xalqını bu əlamətdar tarixi bayram – Respublika Günü münasibəti ilə təbrik edib.

Rejissor Səadət Şükürova Azərbaycan xalqının tolerantlığı barədə fikri dəstəkləyərək, Şuşanın müdafiəsi zamanı qəhrəmancaslına həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov haqqında sənədli kadrlar təqdim edib. Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərin xatirəsini anıblar.

Albert Aqarunovun qardaşı Rantik Aqarunov qardaşının xatirəsinin əziz tutulmasına görə təşəkkür edərək deyib ki, Albert Qarabağdakı qanlı hadisələri öz dərdi və faciəsi kimi qəbul edib. R.Aqarunov vurğulayıb: “Bu, onun torpağı idi. O, həmişə mənə deyirdi: “Bu, mənim milli borcumdur. Mən Vətənimi müdafiə etməyə gedirəm”. Öz Vətəni isə yalnız Azərbaycanı sayırdı”.

İsrail və Azərbaycan yaziçılar ittifaqlarının üzvü, şair Vaqif Əliyev İsraildə Respublika Gününün bayram edilməsinin əhəmiyyətini vurğulayaraq deyib: “Respublika Günü dərin məna və məzmunu ilə seçilir, Azərbaycan dövlətçiliyinin tarixi əhəmiyyətini əks etdirir. Məhz buna görə biz bu gün bu böyük bayramı açıq ürəklə, müstəqil Azərbaycan Respublikasının gələcəyi naminə ümdə arzu və diləklərlə qeyd edirik. Bu gün bura gəlib bu günlərdə yaradılmış “Odlar Yurdu” İsrail-Azərbaycan teatr truppasını, onun gənc aktyorlarını - Sara, Sadıq və Fuad Mirzəyevləri, Aynur, İlkin, Nurlan və Vüsalə Hidayətovları, Könül Əliyevanı, Araz Mirzəyevi, Əli Əliyevi, Eldar və Nuranə Babayevləri, Rəşid Vəliyevi, habelə yorulmaz səylərinə və təşkilatçılıq istedadına görə bədii rəhbər Səadət Şükürovanı dəstəkləyən hər kəsə “Çox sağ ol” demək istəyirəm. Əminəm ki, Azərbaycan xalqı həqiqi oğul və qızlarını tanımalıdır. Siz həqiqi vətənpərvərsiniz, çünki Azərbaycan Xalq Cümhuriyyətinin 97 illiyinə həsr olunmuş bu gecə ən yüksək milli səviyyədə, Azərbaycana layiq şəkildə keçirilib”. Şair V.Əliyev çıxışını Azərbaycan bayrağı haqqında şeiri ilə bitirib.

Çıxışlardan sonra təntənəli gecənin iştirakçılarına birinci Avropa Oyunları haqqında məlumat verilib, Avropa Oyunları haqqında videoklip nümayiş etdirilib. Tədbir Azərbaycan tarixini və mədəniyyətini, müstəqilliyi bərpa olunan vaxtdan əldə olunmuş uğurları əks etdirən filmin nümayişi ilə davam edib.

Qonaqlar “Odlar Yurdu” teatr truppasının ifasında Azərbaycan xalq musiqisini dinləyib, rəqslərə tamaşa ediblər. Onlar zəngin Azərbaycan mətbəxinin yeməklərinin dadına baxıblar. Bayram gecəsindən ayrılan qonaqlar bildiriblər ki, Respublika Günü münasibətilə bayram tədbiri yüksək səviyyədə keçib və onlara elə gəlib ki, doğma və sevimli Azərbaycandadırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub