Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir YENİLƏNİB

Bakı, 22 oktyabr, Elvin Camalov, AZƏRTAC

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (AXDG) 160 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan tədbirə gəmiçiliyin rəhbər və sıravi heyəti ilə yanaşı, müxtəlif dövlət strukturlarının rəhbərləri, qurumun əməkdaşlıq etdiyi yerli və xarici şirkətlərin rəhbər və nümayəndələri, ictimai-siyasi xadimlər, veteran dənizçilər, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri də qatılıblar.

Rəsmi hissədən əvvəl tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi ilə bağlı gənc rəssamlar arasında keçirilən təsviri incəsənət müsabiqəsinə təqdim olunmuş əsərlərdən ibarət “Gəmiçilik 160” adlı sərgiyə baxıblar. Burada yer alan 100-dən çox təsviri incəsənət (rəngkarlıq, qrafika, heykəltəraşlıq) nümunələrində Xəzər dənizçilərinin çətin və fədakar əməyi, ölkəmizdə gəmiçiliyin inkişafı və sair mövzular əksini tapıb.

Tədbirin rəsmi hissəsinin əvvəlində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixini özündə əks etdirən qrafik videoelementlərdən ibarət şou təqdim olunub.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə həsr olunmuş yubiley tədbiri Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədov dövlət başçısı İlham Əliyevin dənizçilərə ünvanladığı təbrik məktubunu oxuyub.

Tədbirdə çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev yubiley münasibətilə bütün dənizçiləri təbrik edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi müasir dövrün iqtisadi islahatları ölkəmizə böyük uğurlar gətirib. İstər ümummilli liderimiz Heydər Əliyevin ölkənin siyasi rəhbərliyində olduğu dövrlərdə, istərsə də İlham Əliyevin hakimiyyəti illərində gəmiçilik sahəsinin inkişafına daim qayğı göstərilib.

Son beş illik fəaliyyətlə bağlı hesabat verən R.Vəliyev bu müddətdə aparılan islahatlardan danışıb. O bildirib ki, sözügedən dövrdə gəmiçilik fəaliyyəti üzrə beynəlxalq sertifikatlar alınıb, əməliyyatların təhlükəsiz və ətraf mühitə zərər vurmadan aparılması istiqamətində xeyli iş görülüb. R.Vəliyev gəmiçilikdə gənclər və kadr siyasətindən, AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması istiqamətində atılan addımlardan, donanmaların yenilənməsindən ətraflı söhbət açıb. Bildirib ki, son beş ildə gəmiçiliyin donanmasına 20 yeni gəmi daxil edilib. Onlar həm yükdaşımalarda, həm də neft-qaz layihələrində iştirak edən müasir tipli gəmilərdir. Ötən beş ildə gəmiçiliyin xarici sularda 14 gəmisi istismara verilib. Bunlardan 12-si quru yük gəmisi, 2-si tankerdir.

“AXDG” QSC sədri qeyd edib ki, hazırda Bakı Gəmiqayırma Zavodunda gəmiçilik üçün daha dörd gəminin, vaqon-TİR və sərnişin daşınması üçün nəzərdə tutulan iki yeni nəsil Ro-Pax/Bərə tipli gəminin və iki tankerin tikintisi həyata keçirilir. Bu günlərdə yeni tikilən ilk tanker suya salınacaq və zavodla daha dörd unikal tankerin tikintisi barədə müqavilə imzalanacaq. Ümumiyyətlə, 2025-ci ilə kimi 50-dən çox gəminin alınması və tikintisi planlaşdırılır.

R.Vəliyev gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlərdən də danışaraq qeyd edib ki, hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində “160 il -160 mənzil” adlı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində gəmiçiliyin hələ SSRİ dövründən növbəyə duran 160 əməkdaşı ilin sonuna kimi mənzillə təmin olunacaq. Bu istiqamətdə işlər davam etdiriləcək və qısa müddətdə mənzil sevincini yaşayan dənizçilərimizin sayı 490 nəfərə çatacaq.

Bununla yanaşı, ilin sonuna kimi Xəzərdə ilk gəmi-muzey istifadəyə veriləcək, qəhrəman və cəsur dənizçilərimizin şərəfinə abidə ucaldılacaq. Həm gəmi-muzey, həm də abidənin Dənizkənarı bulvarda, Bayraq meydanına yaxın ərazidə yerləşdirilməsi nəzərdə tutulub.

R.Vəliyev onu da qeyd edib ki, 160 illik yubiley çərçivəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə gəmiçiliyin tarixinin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi məqsədilə tarixi araşdırma əsasında elmi kitab yazılıb və sənədli film çəkilib.

QSC sədri son illərdə gəmiçiliyin mövcud infrastruktur və maddi-texniki bazasının da xeyli yeniləndiyini bildirib. Həm üzən, həm də sahil heyətinin iş şəraiti tam müasir tələblərə uyğunlaşdırılıb. Hazırda, Bakının gözəl guşələrindən birində, Bayraq meydanı yaxınlığında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yeni inzibati binasının tikintisi işləri aparılır və həmin binanın növbəti ilin sonuna istifadəyə verilməsi planlaşdırılır.

Çıxışdan sonra beynəlxalq sularda da fəaliyyət göstərərək Azərbaycan bayrağını öz gəmilərində şərəflə dalğalandıran, müxtəlif yerli və xarici şirkətlərlə əməkdaşlıq edən gəmiçiliyin yeni ad və loqosu ictimaiyyətə təqdim olunub. Beləliklə, şanlı tarixinin 160 ilinə yekun vuran Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yeni dövrə yeni brendlə qədəm qoyub.

Brendinq elementlərinə yeni nəfəs, müasirlik və eyni zamanda, milli kolorit gətirən şirkət rəsmi internet səhifəsinin də yeni dizayn və yeni “www.asco.az” adı ilə fəaliyyətə başladığını açıqlayıb.

Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, müasir nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafının əsas göstəricilərindən biri sayılır. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə nəqliyyat sektoruna və onun əhəmiyyətli sahələrindən olan gəmiçiliyə də xüsusi diqqət ayrılır və mühüm işlər həyata keçirilir. O, nəqliyyat sektoru ilə bağlı Azərbaycanda gerçəkləşdirilən dinamik islahatlar, beynəlxalq səviyyəli layihələr barədə danışıb.

“Topaz Energy and Marine” şirkətinin baş icraçı direktoru Rene Kofod-Olsen gəmiçiliyin rəhbərliyinə və dənizçilərə 160 illik yubiley münasibətilə təbriklərini çatdırıb.

Amerika Gəmiçilik Bürosunun Xəzər dənizi regionu üzrə meneceri Seyfəttin Tatlı gəmiçiliyin fəaliyyətini beynəlxalq standartların tələblərinə tam uyğun qurduğunu bildirib. O qeyd edib ki, müvafiq təsnifat cəmiyyətlərindən müsbət rəy və uyğunluq sertifikatları alan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi bu istiqamətdə Amerika Gəmiçilik Bürosu ilə də uğurlu əməkdaşlıq həyata keçirir.

Dənizçiləri Azərbaycan neftçiləri adından SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə təbrik edib. Görkəmli neftçi qeyd edib ki, dünyada dəniz neftinin erası məhz Azərbaycanda başlayıb. 1949-cu ildən Xəzərin dərin qatlarından da neft və qaz hasil edilir. Gəmiçiliyin Xəzər Dəniz Neft Donanmasının dənizçiləri Xəzər şelfində, dənizin Azərbaycan sektorunda qiymətli enerji daşıyıcıları hasil edilən ilk gündən neftçilərlə çiyin-çiyinə çalışırlar.

Rusiya Dəniz Gəmiçiliyi Registrinin (RDGR) baş direktoru Konstantin Palnikov “AXDG” QSC və RDGR arasında qarşılıqlı əməkdaşlıqdan danışıb. Azərbaycanın 160 illik tarixə malik gəmiçilik şirkətində müasir idarəetmə sisteminin tətbiqində qazanılan uğurların təqdirəlayiq olduğunu deyən baş direktor belə bir şirkətlə təsnifat cəmiyyəti olaraq əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Daha sonra bu il Azərbaycan Dövlət Dəniz Akademiyasını (ADDA) fərqlənmə diplomu ilə bitirən Cəmilə Məmmədova çıxış edib. 2018-ci ildə ADDA-nın “Gəmi sürücülüyü” fakültəsinin yeganə xanım məzunu olan gənc dənizçi bildirib ki, Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil almaq qürurvericidir. Burada tələbələr üçün hər cür şərait yaradılıb, təhsildə uğur qazananlar “AXDG” QSC-nin “Zəmanət Məktubu” ilə işlə təmin edilirlər. Elə bu fürsətdən yararlanaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşları sırasına daxil olan Cəmilə Məmmədova gələcək hədəflərindən danışıb.

Yubiley tədbirində Azərbaycan dənizçilərinin hər zaman dövlətin qayğısı ilə əhatə olunduğu xüsusi vurğulanıb. Bildirilib ki, hər il əməkdə fərqlənən dənizçilər Prezident İlham Əliyevin Sərəncamı ilə müxtəlif ali mükafatlara layiq görülürlər. 160 illik yubiley ərəfəsində gəmiçilik sahəsində fəaliyyətə görə iki yeni – “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi də dənizçilərə diqqətin əyani sübutudur.

Oktyabrın 20-də Prezident İlham Əliyev imzaladığı sərəncamlarla Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi və dəniz nəqliyyatında xidmətlərinə görə daha bir qrup dənizçini dövlətin ali mükafatlarına layiq görüb.

“160 illiyini qeyd edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tarixin unudulmaması üçün müxtəlif layihələr həyata keçirir. Bunlar arasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi əsasında yazılan kitablar mühüm yer tutur”. Bu sözləri isə gəmiçiliyin tarixi haqqında kitabların müəllifi olan Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov deyib. O qeyd edib ki, istər “Azərbaycanda gəmiçilik - sənədli tarix”, istərsə də “Azərbaycanda gəmiçilik - şəkillərdə yaşayan tarix” adlı kitabı xarici və yerli arxivlərdə yer alan faktlar əsasında ərsəyə gəlib.

160 illik şanlı tarixin araşdırılması, onun öyrənilməsi və qorunub saxlanılması istiqamətində görülən işlərdən biri də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi əsasında gəmiçiliyin tarixi haqqında hazırlanan “Azərbaycanda gəmiçilik: Tarixin səhifələri” sənədli filmidir. Bu barədə isə filmin müəllifi, araşdırmaçı Fuad Axundov danışıb.

Yubiley tədbiri “Dənizçilər var olsun!” marşı ilə yekunlaşıb. Xalq artisti Mübariz Tağıyevin ifa etdiyi marşın sözləri Zəminə Xınalıya, musiqisi isə Xalq artisti Faiq Sücəddinova məxsusdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub VİDEO

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub