İQTİSADİYYAT


Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixinə dair kitab nəşr olunub

Bakı, 10 sentyabr, Elvin Camalov, AZƏRTAC

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixinə həsr edilən kitab nəşr olunub.

Bu barədə AZƏRTAC-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev deyib.

O bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi çərçivəsində tədbirlər təşkil olunub və hazırda da bir neçə tədbir və layihə davam edir: “Bunlardan “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasında təşkil edilən “Gəmiçilik-160 il” mövzusundakı fotoqalereyadır ki, ilin sonunadək vətəndaşlar bu sərgini izləyə bilər. Digər bir layihə isə təsviri incəsənətlə bağlı elan edilən müsabiqədir. Hazırda müsabiqəyə təqdim olunan rəsmlərin sosial şəbəkədə seçim mərhələsi davam edir. Bu mərhələdən sonra peşəkarlardan təşkil edilən münsiflər heyəti iştirakçıları qiymətləndirəcək”.

M.Mehdiyev qeyd edib ki, həmçinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixini əks etdirən iki kitab da hazırlanıb: “Bu kitablar Gəmiçiliyin sifarişi ilə araşdırmaçı-jurnalist, Bakı Media Mərkəzinin redaktoru, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov tərəfindən yazılıb. Yaxın zamanlarda bu kitablar ictimaiyyətə təqdim olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.