MƏDƏNİYYƏT


Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə Britaniya Şurası Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası Britaniya Şurası Azərbaycan (British Council Azerbaijan) təşkilatı ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

AZƏRTAC xəbər verir ki, memorandum strateji tərəfdaşlar qismində Böyük Britaniya və Azərbaycan arasında yaradıcı sənayelərdə beynəlxalq dialoqu və əməkdaşlığı gücləndirmək üçün səmərəli tərəfdaşlıq yaratmaq və birgə fəaliyyətləri təşviq etmək üçün əlverişli imkanlar yaradır. Həmçinin Böyük Britaniya və Azərbaycan arasında dövlət - özəl tərəfdaşlıq təşəbbüslərini və birgə layihələri təşviq etmək, “British Council”ın mövcud proqramları çərçivəsində yaradıcı sənayelərin digər sahələrinə, dövlət özəl tərəfdaşlığına və digər əlaqəli proqram və sahələrə də şamil oluna bilən yeni əməkdaşlıq proqramları modelinin hazırlanması üçün əməkdaşlığın gücləndirilməsi kimi sahələri əhatə edir.

Görüşdə həmçinin, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə Britaniya Şurası Azərbaycan təşkilatının birgə icra etdiyi Yaradıcı Prodüserlər proqramını uğurla tamamlamış məzunlara da sertifikatlar təqdim edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.