İDMAN


Azərbaycan Yelkənli İdman Federasiyasının yığma komandası Sloveniyaya yollanacaq

Bakı, 11 aprel, AZƏRTAC

Aprelin 18-dən 22-dək Yelkənli İdman Federasiyasının yığma komandası “Optimist” və “Laser” sinifləri üzrə keçiriləcək “32-th Izola Spring Cup” və “Easter Regata” yarışlarında iştirak etmək üçün Sloveniyaya yollanacaq.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, yarışlardan əvvəl yelkənçilərimiz aprelin 14–dən 18-dək beynəlxalq səviyyəli məşqçi Draqan Gasicin rəhbərliyi ilə təlim-məşqlərdə iştirak edəcəklər. On dörd ölkədən 447 idmançının qatılacağı yarışlar komandamız üçün Avropa çempionatına hazırlıq məqsədi daşıyacaq.

Azərbaycanı yarışlarda “Optimist” sinfi üzrə Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Murad Hacı-zadə, Murad İsmayılov, Səxavət Əzimov, “Laser” sinfi üzrə Murad Allahverdi və İsmayıl Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, köməkçi məşqçi Anton Vilyayev təmsil edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.