İDMAN


Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyası yelkənli yaxta yarışlarına hazırlaşır

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 6-7-də Bakıda Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının təşkilati dəstəyi ilə yelkənli yaxtaların Kubok federasiyası yarışları keçiriləcək.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yarışlarda “Laser” və “Optimist” sinifləri üzrə yaxtalar iştirak edəcək, həmçinin “Windsurf” sinfinə aid yaxtaların təqdimatı olacaq.

Xatırladaq ki, Yelkənli Qayıq İdmanı Federasiyasının maddi bazası 2014-cü ildən fəal surətdə möhkəmlənir. Peşəkar məşqçi korpusu formalaşıb, yeni idmançılar cəlb edilib, “Optimist” və “Laser” sinifləri üzrə yaradılan komandalarla məşqlər əcnəbi mütəxəssislər tərəfindən aparılır. Yarışlara hazırlıq və Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının komandası ilə məşqlərə dünya səviyyəli peşəkar məşqçi Draqan Qasik cəlb edilib. 30 ildən artıq məşqçilik təcrübəsi olan D.Qasik 6 qat dünya və 4 qat Avropa çempionudur.

Bu və digər uğurlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə idmanın inkişafına göstərilən diqqət və dəstək sayəsində qazanılıb.

Qeyd edək ki, Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov rəhbərlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.