İDMAN


Azərbaycan Yüksək Liqası: “Azərreyl” “Xilasedici”, MOİK isə “Sərhədçi” ilə qarşılaşacaq

Bakı, 14 fevral, AZƏRTAC

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.

AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, birinci dövrə çərçivəsində keçiriləcək matçlar fevralın 15-də Bakıda təşkil olunacaq.

Günün ilk qarşılaşmasında “Azərreyl” və “Xilasedici” klubları üz-üzə gələcəklər. Oyun saat 14:00-da başlayacaq. Bu matçdan iki saat sonra MOİK “Sərhədçi”ni sınağa çəkəcək.

Hər iki görüş FHN-nin İdman-Sağlamlıq Kompleksində oynanılacaq.

Qeyd edək ki, Yüksək Liqadan fərqli, Super Liqanın növbəti qarşılaşmaları Qubada olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.