İDMAN


Azərbaycan Yüksək Liqasında üçüncü dövrəyə yekun vurulub

Azərbaycan Yüksək Liqasında üçüncü dövrəyə yekun vurulub

Bakı, 31 mart, AZƏRTAC

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XV turun oyunları keçirilib. Bununla da yarışda üçüncü dövrəyə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, ilk oyundan əvvəl 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə ilə əlaqədar bir dəqiqəlik sükut elan edilib.

Turun ilk oyununda “Record” komandası “Neftçi” ilə qarşılaşıb. Görüş “Neftçi”nin 12:4 hesablı qələbəsi ilə başa çatıb.

Növbəti oyunda “Alyans” ilə “Baku Fire” üz-üzə gəliblər. “Baku Fire” oyundan böyük hesablı qələbə ilə ayrılıb – 21:1.

Azərbaycan çempionu “Araz-Naxçıvan” turun sonuncu oyununda U-19 komandası ilə qarşılaşıb və rəqibini 8:1 hesabı ilə məğlub edib.

Xallarının sayını 43-ə çatdıran Naxçıvan təmsilçisi turnir cədvəlindəki birinciliyini möhkəmlədib. “Baku Fire” 34 xalla ikinci, “Neftçi” isə 29 xalla üçüncü pillədə yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.