İDMAN


Azərbaycan Yüksək Liqasında yarımfinal cütlükləri müəyyənləşib

Azərbaycan Yüksək Liqasında yarımfinal cütlükləri müəyyənləşib

Bakı, 15 mart, AZƏRTAC

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında əsas mərhələ başa çatıb.

AZƏRTAC xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan XII turda “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə üz-üzə gəlib. Görüşlərin hər ikisində nominal meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.

Beləliklə, əsas mərhələnin son turundan sonra "Azərreyl" 29 xalla birinci, "Abşeron" 23 xalla ikinci, "Murov" 20 xalla üçüncü olub, hesabında xalı olmayan UNEC isə sonuncu - dördüncü pilləni tutub.

Dörd dövrənin nəticəsinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan "Azərreyl" dördüncü yerin sahibi UNEC-lə, ikinci olan "Abşeron" isə üçüncü yeri tutan "Murov"la üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.