İDMAN
Azərbaycan-Yunanıstan matçı ukraynalı hakimlərə tapşırılıb
Bakı, 13 aprel, AZƏRTAC
Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakı İdman Sarayında Yunanıstan yığma komandasına qarşı keçirəcək oyununu idarə edəcək hakimlər açıqlanıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər idarə edəcəklər.
Yarışın baş hakimi Yaroslav Vovçhok olacaq. Ona həmyerlisi Yevhen Hordienko kömək edəcək. Üçüncü hakim Azərbaycan Futzal Federasiyasının (AFF) nümayəndəsi Knyaz Əmiraslanov olacaq. Saniyəölçən AFF-nin nümayəndəsi Hikmət Qafarlıdır. Matçın hakim-inspektoru Andreas Demetriou (Kipr) olacaq.
Azərbaycan-Yunanıstan matçı aprelin 14-də təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]