Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycan - Cənubi Koreya dostluğunu təcəssüm etdirən festival VİDEO

Qəbələdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunub

Qəbələ, 18 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Sentyabrın 18-də Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş mədəniyyət tədbiri və möhtəşəm konsert olub.

AZƏRTAC xəbər verir ki, Koreya Respublikasının ölkəmizdəki səfirliyinin və “Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin (SEBA) birgə təşkil etdiyi “Ariranq”- “Azərbaycanın qəlbini coşdur” adlı mədəniyyət festivalında Koreyanın milli musiqisi, rəqsləri, geyimləri, ritm və hərəkət jestləri nümayiş olunub.

Festivalda əvvəlcə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, Dünya Taekvando Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-gyu, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Dünya Taekvando Federasiyası Akademiyasının baş direktoru Honq İl Hva çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Koreya Respublikası və Azərbaycan Respublikası ötən 25 ildə ikitərəfli əməkdaşlıqda böyük irəliləyişə nail olub. Ölkələrimiz siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətləri daim inkişaf etdirib. Siyasi sahədə əməkdaşlığın uğurlu inkişafının bariz nümunəsi olaraq ötən dövr ərzində ölkə rəhbərləri səviyyəsində üç rəsmi səfər və baş nazir səviyyəsində iki səfər reallaşıb. Cari ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Cənubi Koreyaya, eləcə də bu ölkənin bir çox yüksək səviyyəli nümayəndə heyətləri Azərbaycana səfər edib. Özəl sektorda da əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. İş adamları neft-kimya, infrastruktur və tikinti sahələrində çoxlu nailiyyətlər əldə ediblər. Koreya Respublikası dünyada iqtisadi inkişafına görə 11-ci, ixrac həcminə görə isə 6-cı yerdədir. Bu ölkə mobil telefon, yarımkeçiricilər, gəmiqayırma, avtomobil istehsalı, bio-texnologiya və neft-kimya kimi müxtəlif sahələrdə dünyada güclü rəqabət qabiliyyətinə malik ölkədir. Həmçinin tibb, kommunikasiya, təhsil və nəqliyyat kimi müxtəlif xidmətlər üzrə ən yüksək səviyyəli texnologiyaya malikdir.

Nazir Kəmaləddin Heydərov Azərbaycanda taekvando idman növünün inkişafından, əldə edilən uğurlardan danışıb, iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsi üçün bu cür mədəniyyət tədbirlərinin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Koreyanın milli idman növü olan taekvandonun Azərbaycanda da populyarlıq qazandığını deyən Kəmaləddin Heydərov uşaq, yeniyetmə və gənclərin bu idman növünə böyük marağından, beynəlxalq yarışlarda qazandıqları qələbələrdən danışıb.

Səfir Kim Çanq-gyu bildirib ki, gələcəkdə Koreya hökuməti iqtisadiyyatın inkişaf sahəsindəki təcrübə və texnologiyalarını bölüşərək, Azərbaycanın iqtisadi inkişafına mühüm töhfə vermək niyyətindədir. O qeyd edib ki, Azərbaycan və Koreya xalqları Altay dil ailəsinə mənsub olduqları üçün bir çox adət-ənənə və həyat tərzlərində ümumi cəhətləri bölüşürlər. “Mədəniyyət diplomatiyası əlaqələrimiz üçün çox vacibdir. Bakı Dövlət Universitetində K-POP festivalı, Koreya haqqında viktorina, Azərbaycan Dövlət Filarmoniyasında koreyalı pianoçunun konserti olub. İki ölkə arasında bu günə qədər əldə etdiyimiz nailiyyətlərə əsaslanan əməkdaşlığın daha da inkişaf etməsini arzulayırıq. Bu il ölkənizdə məcburi köçkünlərə dəstək, Koreya-Azərbaycan Birgə Ənənəvi Musiqi Konserti, taekvando yarışı, Koreya-Azərbaycan Birgə Rəsm Sərgisi və Koreya Mətbəxi Festivalı kimi müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq. 2017-ci il turizm və insan resurslarının mübadiləsi sahəsində ikitərəfli əlaqələrin inkişafı baxımından əlamətdar il olacaq. Ümid edirik ki, xalqlarımız ortaq tarixə əsaslanan dostluq münasibətlərimizi daha da genişləndirəcək”,- deyə səfir vurğulayıb.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxışında qeyd edib ki, Azərbaycan və Cənubi Koreya arasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş əlaqələrin 25 ili tamam olur. Ölkələrimiz arasında yaranmış sıx münasibətlər dövlət başçılarının siyasi iradəsinin nəticəsidir. Müxtəlif sahələrdə qurulan əməkdaşlıq, ölkə başçılarının qarşılıqlı səfərləri və görüşləri bu əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verib. Bu işdə artıq 12 ildir ki, fəaliyyət göstərən “Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin (SEBA) də böyük rolu var. SEBA-nın Koreya və Azərbaycan nümayəndələrinin birgə iştirakı ilə həyata keçirdiyi konsert proqramları, beynəlxalq incəsənət sərgiləri, elmi simpozium və konfranslar, arxeoloji tədqiqatlar, tibbi layihələr buna bariz nümunədir.

Dünya Taekvando Federasiyası Akademiyasının baş direktoru Honq İl Hva çıxışında Azərbaycanda taekvandonun inkişafı ilə bağlı görülən işləri və qazanılan nailiyyətləri yüksək qiymətləndirib, bu idman növünün təbliğinə və geniş yayılmasına yaxından kömək göstərdiyinə görə Azərbaycan Taekvando Federasiyasının prezidenti Kəmaləddin Heydərova, eləcə də uğurlu fəaliyyətinə görə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə təşəkkürnamə təqdim edib.

Tədbirdə məlumat verilib ki, iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi münasibətilə sentyabrın 16-17-də Sumqayıt şəhərində Azərbaycan Taekvando Federasiyasının və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə taekvando üzrə gənclər arasında “Koreya səfiri kuboku” yarışları keçirilib. Həmçinin sentyabrın 17-də Bakıda Heydər Əliyev Sarayında Koreya musiqiçilərinin, rəqs qruplarının iştirakı ilə konsert olub.

Çıxışlardan sonra mədəniyyət tədbiri Koreya Milli Musiqi Mərkəzi Xalq Orkestrinin təqdim etdiyi milli rəqslərlə başlayıb. Proqrama uyğun olaraq, Cənubi Koreyanın ən yaxşı Hanbok dizaynerləri və milli saç düzümü ustalarının əl işlərindən ibarət moda nümayiş etdirilib. Moda nümayişində Koreya qədim kral ailəsi və saray zadəganlarının dəbdəbəli saray libasları təqdim olunub. Daha sonra Dünya Taekvando Akademiyasının “Kukkiwon” Taekvando Nümayiş Qrupunun idmançıları nümunəvi çıxışlar təqdim ediblər. Koreyanın milli musiqi və rəqs nümunələrinin, eləcə də ritm alətlərində ifanın nümayiş olunduğu konsertə Koreyanın opera ifaçıları, Azərbaycanın muğam ustaları yekun vurub.

Ümumilikdə 1200-dən çox tamaşaçının iştirak etdiyi konsert alqışlarla müşayiət olunub.

Azərbaycan - Cənubi Koreya dostluğunu təcəssüm etdirən festival VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır