Azərbaycan – Koreya dostluq münasibətlərinə həsr olunan konsert təşkil edilib
AzerTAg.az
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə iki ölkənin dostluq münasibətlərinə həsr edilən konsert olub.
AZƏRTAC xəbər verir ki, konsertdə Yalçın Adıgözəlovun dirijorluğu və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə koreyalı violonçel ifaçısı xanım Ryo Meehae çıxış edib.
Azərbaycan Dövlət Simfonik Orkestrinin təqdimatında “Vətən baharı” simfoniyası (Koreya əsəri) və Ryo Meehaenin ifasında “Rokoko mövzusunda variasiya” dinləyicilərin zövqünü oxşayıb.
Bu konsert ölkələrimiz arasında mədəni əlaqələrin inkişafının yeni mərhələyə qədəm qoymasına özünəməxsus töhfədir.
Qeyd edək ki, Koreyanın tanınmış musiqiçilərindən olan Ryo Meehae beynəlxalq müsabiqələrdə münsif kimi iştirak etməklə yanaşı, Avropada aktiv şəkildə musiqi fəaliyyəti ilə də məşğul olur.









Xəbərin mətnində orfoqrafik səhv var