HEYDƏR ƏLİYEV - 100


Azərbaycan – Ümummilli Lider Heydər Əliyevin şah əsəridir

Bakı, 18 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin akt zalında şəxsi heyətin iştirakı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Azərbaycan – Ümummilli Liderin şah əsəri” mövzusunda tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı danışıb, ölkəmizin müstəqilliyi və tərəqqisi yolunda misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, hələ sağlığında hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaltmış Ulu Öndərin zəngin ictimai-siyasi fəaliyyəti müstəqil Azərbaycanın bütün vətəndaşları üçün əsl həyat məktəbi, xalqa və dövlətçilik ideallarına sədaqət və məhəbbətin parlaq nümunəsidir.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan qüdrətli bir dövlətə çevrilib, beynəlxalq münasibətlər məkanında, dünya dövlətləri arasında öz layiqli yerini tutub.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.