İDMAN


Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına yeddinci lisenziyasını qazanıb

Bakı, 12 noyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paraatletika üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatın beşinci günündə azərbaycanlı idmançı, Paralimpiya çempionu Oloxan Musayev yarışlara qatılıb.

F56 kateqoriyasında lövhəatma yarışında paralimpiyaçımız 41,58 metrlik nəticə göstərib. Yarışda dördüncü yerə çıxan O.Musayev "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Beləliklə, Tokio paralimpiadasına lisenziya qazanan Azərbaycan idmançılarının sayı 7-yə yüksəlib.

Qeyd edək ki, bundan əvvəl eyni yarışda daha iki paraatletimiz - Kamil Əliyev və Samir Nəbiyev də yüksək nəticə göstərərək "Tokio 2020"yə lisenziya əldə etmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.