İDMAN


Azərbaycan abilimpiyaçıların iştirakı ilə ilk dəfə sınaq yarışı təşkil olunub

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Milli Abilimpiya Federasiyasının (AMAF) dəvəti ilə Rusiya Milli Abilimpiya Mərkəzinin rəhbər şəxsləri və mütəxəssisləri ölkəmizdə səfərdədir.

AMAF-dan AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi federasiyanın yerli və beynəlxalq çempionatlara hazırlıq, milli komandanın formalaşdırılması və Abilimpiya hərəkatı haqqında metodiki və praktiki seminarlar keçməkdir.

Dekabrın 8-də AMAF-in təşkilatçılığı, UNICEF-in Azərbaycan nümayəndəliyi və Avropa İttifaqının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzində abilimpiyaçıların iştirakı ilə ilk dəfə sınaq yarışı keçirilib.

Sınaq yarışının məqsədi iştirakçıların yarış atmosferinə uyğunlaşması, Abilimpiya oyunlarında olan qaydalar və baş verə biləcək halların praktiki şəkildə tətbiq edilməsidir.

Qeyd edək ki, sınaq yarışı taxta üzərində oyma, dərzilik, toxuculuq, masaj və fotoqrafiya olmaq üzrə beş peşə sahəsindən ibarətdir. Sınaq yarışı rusiyalı ekspertlərin nəzarəti ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.