Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Azərbaycan ailəsi-2016” film festivalının qalibləri mükafatlandırılıb VİDEO

Bakı, 29 noyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi-2016” VIII film festivalına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində dövlət qurumları nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirakı ilə festivalın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə əvvəlcə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilib. Məlumat verilib ki, “Azərbaycan ailəsi” film festivalına 2009-cu ildən start verilib. Artıq üçüncü ildir ki, film festivalı çərçivəsində “Həyatdan şəklə” adlı fotomüsabiqə də keçirilir. Bu il “Azərbaycan ailəsi” film festivalı müsabiqəsinə 31 iştirakçı tərəfindən 38 film və 22 iştirakçı tərəfindən 82 fotoşəkil təqdim olunub. Müsabiqəyə 35 film və bütün fotoşəkillər qəbul edilib. Təqdim olunan işlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.

Tədbirdə AQUPDK-nın sədri Hicran Hüseynova çıxış edərək deyib ki, “Azərbaycan ailəsi” film festivalına ötən 8 il ərzində yerli rejissorlarla yanaşı, xarici ölkə rejissorları da öz ekran əsərlərini müsabiqəyə təqdim ediblər, hətta festivalın xüsusi mükafatlarına layiq görülüblər. Bu isə festivalın beynəlxalq nüfuz qazanmasının göstəricisidir. Komitə sədri bildirib ki, layihənin keçirilməsində məqsəd, ilk növbədə, ailə dəyərlərinin qorunması istiqamətində maarifləndirmə işinin daha da gücləndirilməsidir: “Bir tərəfdən biz uğurlu ailələri, nümunəvi ailə modellərini təbliğ edirik. Digər tərəfdən isə bu sahədə mövcud problemləri bədii obrazlar vasitəsilə insanlara göstəririk. İkincisi, yaradıcılığa yeni başlayan və təhsil alan rejissorlar üçün ailədaxili məsələlərin bədii formada çatdırılması metodları öyrədilir. Üçüncüsü, təqdim edilən bütün filmlərdən məktəblərdə, ali təhsil müəssisələrində, ailələrdə, hərbi hissələrində apardığımız maarifləndirmə işlərində istifadə olunur. Ona görə də, festivala qatılan heç bir namizəd uduzmur, əsas məsələ iştirak etməkdir. Çünki təqdim edilən bütün filmlər komitənin maarifləndirmə işlərində istifadə olunur”.

H.Hüseynova qeyd edib ki, builki festival müstəqilliyimizin 25 illiyinə həsr olunub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti bu gün dövlətimizin başçısı İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. İmzalanan sərəncamlar və təsdiq edilən dövlət proqramları, həyata keçirilən sosial layihələr hər bir vətəndaşımızın maraq və hüquqlarını maksimum dərəcədə müdafiəsinə yönəlib. Bu isə ailələrimizin yaşayışına, onların həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.

H.Hüseynova festivalın keçirilməsində xüsusi əməyi olan Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevaya, BMT-nin Əhali Fonduna, həmçinin Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə, İctimai Televiziya və Radio Yayımları Şirkətinə və münsiflər heyətinə minnətdarlığını bildirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə çıxışında ailə mövzusunda film festivalının keçirilməsi təşəbbüsünü kino sənətinə verilən dəyərli töhfə kimi qiymətləndirib və bunun gələcəyə nikbinliklə baxmağa əsas verdiyini deyib. “Kino auditoriyasız yaşaya bilməz. Odur ki, bu festival gənc nəsildə kino sənətinə maraq oyatmaq, eləcə də indiki qloballaşan dövrdə mənəvi dəyərlərimizi, milli ailə ənənələrimizi yaşatmaq baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə Ə.Qarayev bildirib. Dünya kino məkanındakı yeniliklərdən danışan nazir qeyd edib ki, Azərbaycanda dövlət hesabına 40-a qədər bədii, 100-dək sənədli film çəkilib. Son bir ildə 52 Azərbaycan filmi xarici festivallarda uğur qazanıb.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev isə bildirib ki, festivalın mükafatlandırma mərasiminin noyabrın 29-da keçirilməsi təsadüfi deyil. Çünki BMT-nin “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası hər il noyabrın 25-də başlayır və dekabrın 10-dək davam edir. Kampaniya çərçivəsində müxtəlif maarifləndirici tədbirlər keçirilir və bugünkü festival da bunlardan biridir. F.Babayev bundan sonra da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı davam etdirəcəklərini deyib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev çıxış edərək cəmiyyətdə ailə institutunun və mənəvi dəyərlərin qorunmasında, eləcə də milli kino sənətimizin təbliği və inkişafında festivalın əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycanda bir çox festivallar keçirilsə də, onların ömrü uzun olmayıb. Ancaq "Azərbaycan ailəsi" film festivalı 8-ci dəfə keçirilir. Bu onunla bağlıdır ki, festival çox müqəddəs bir mövzuya həsr edilib. “Bu festival həm də gənclərin yaradıcılığına təkan verdi. Festivalda iştirak edən bir çox gənclər müxtəlif televiziya kanallarında yaradıcı işlərdə çalışırlar”, - deyə C.Quliyev əlavə edib.

Çıxış edənlər bu sahədə AQUPDK-nın fəaliyyətini yüksək qiymətləndiriblər. Festivalın yüksək səviyyədə təşkilinə görə komitənin rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Tədbirdə tanınmış müğənnilərin ifasında mahnılar səsləndirilib.

Sonda müxtəlif nominasiyalar üzrə "Azərbaycan ailəsi-2016" VIII film festivalının və "Həyatdan şəklə" fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.

“Azərbaycan ailəsi-2016” film festivalının qalibləri mükafatlandırılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub