MƏDƏNİYYƏT


Azərbaycan aktyoru beynəlxalq festivalda mükafata layiq görülüb

Bakı, 20 avqust, AZƏRTAC 

Rusiyanın Kineşma şəhərində keçirilən Birinci Beynəlxalq kamera teatrları formatında “Ostrovski-FEST” festivalının tamaşalarına dörd mindən çox tamaşaçı baxıb.

AZƏRTAC kineşemets.ru portalına istinadla xəbər verir ki, beş gün davam edən festivalda dünyanın yeddi ölkəsindən gəlmiş teatr kollektivləri 11 tamaşa təqdim ediblər. Festivalın proqramına artıq beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülmüş ən yaxşı quruluşlarda səhnə əsərləri daxil edilib.

Festivalın yekunlarına dair səsvermənin nəticələrinə görə, tamaşaçı rəğbəti mükafatı Azərbaycanın və Kalmıkiyanın Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynova verilib. O, bu mükafata “Kontrabas” tamaşasına və A.Ostrovski adına Kineşma Dram Teatrında “Məhəbbət məktubları” səhnə əsərinin quruluşuna görə layiq görülüb.

Festivalın bağlanış mərasimində Rusiyanın Xalq artisti Evgeni Knyazevin ifasında A.Puşkinin “Qaratoxmaq qadın” monotamaşası göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.