Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ali təhsilində yenilik: Keyfiyyət təminatında beynəlxalq təcrübə mübadiləsi

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında “Keyfiyyət təminatında təcrübə mübadiləsi” adlı beynəlxalq vebinara ev sahibliyi edib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, hibrid formada keçirilən tədbirdə Türkiyənin Hacettepe, Boğaziçi, Ankara, İstanbul və Yıldız Texniki universitetləri ilə yanaşı, Azərbaycanın 22 ali təhsil müəssisəsinin keyfiyyət təminatı mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Tədbirin açılışında UNEC-in rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd keyfiyyət təminatı istiqamətində beynəlxalq və yerli təcrübənin paylaşılmasıdır. UNEC-də keyfiyyət təminatı modelinin 2015-ci ildən tətbiq olunduğunu diqqətə çatdıran prorektor vebinarda paylaşılacaq təcrübənin ali təhsil müəssisələrində keyfiyyət təminatı modelinin qurulması və təkmilləşdirilməsi istiqamətində faydalı olacağını söyləyib.

Sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Asiman İlyasov “Qanunvericilikdə ESG” mövzusunda təqdimatla çıxış edib. O, təhsil müəssisələrinin akkreditasiya qaydaları, bu istiqamətdə tətbiq olunan normativ-hüquqi aktlar - ali təhsil pilləsi üzrə dövlət standartları, dövlət təhsil strategiyası, təhsil proqramları barədə ətraflı məlumat verib, standartları təhlil edib.

Vebinara onlayn qatılan Hacettepe Universitetinin professoru Maviş Emel Kulak Kayıkcı “Ali təhsildə tələbə mərkəzli keyfiyyət təminat sistemi” mövzusunda danışıb. O, bu istiqamətdə Hacettepe Universitetinin təcrübəsini paylaşıb.

Yıldız Texniki Universitetinin keyfiyyət müdiri Recep Başak keyfiyyət təminatı sistemi çərçivəsində təmsil etdiyi universitetin nümunəsində “İnstitusional daxili qiymətləndirmə hesabatının hazırlanması prosesi” barədə geniş təqdimatla çıxış edib.

Vebinar Ankara Universitetinin akademik dəyərləndirmə, akkreditasiya və keyfiyyət koordinatoru professor Alı Sınağın “Türkiyədə ali təhsilin dəyişən strukturu və Ankara Universitetinin keyfiyyət təminatı modeli” mövzusunda çıxışı ilə davam edib. O, təqdimatında keyfiyyətin təminatı modelinin yaradılması, yaranan problemlər və onların aradan qaldırılması yollarını açıqlayıb.

Onlayn tədbirin ikinci hissəsində Boğaziçi Universitetindən Gözde Erhan Ünal “Ali təhsildə keyfiyyət təminatı və Boğaziçi Universiteti nümunəsi”ni iştirakçılarla paylaşıb.

Sonra UNEC-in Tədrisin keyfiyyətə nəzarət şöbəsinin müdiri dosent Sevda Sərdarova “UNEC-in keyfiyyət təminatı modeli” barədə məruzə edib. O, UNEC-in daxili keyfiyyət təminatı, universitetdə tətbiq olunan standartlar, tələbəyönümlü təlim-tədris, davamlı inkişaf barədə geniş məlumat verib.

Türkiyənin İstanbul Universitetindən professor Eray Yurtseven “Ali təhsildə keyfiyyət təminatı və İstanbul Universiteti nümunəsi” və təmsil etdiyi ali məktəbin bununla bağlı fəaliyyət planı barədə danışıb.

Vebinarda mövzu ilə bağlı suallar cavablandırılıb, müzakirələr aparılıb. Beynəlxalq vebinar UNEC-in rəsmi feysbuk səhifəsində canlı yayımlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin Sədri Si Cinpinin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

“Bəxtiyar Vahabzadə və Azərbaycanda milli istiqlal təfəkkürünün formalaşması” - dəyirmi masa

Şərur rayonunda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Zaqatalalı kümçülərə 450 qutu ipəkqurdu paylanılacaq

Parlamentin komitə sədri: Kənd təsərrüfatına göstərilən diqqət və dəstək dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB

Türkiyə ekspertləri: Cənubi Qafqazda kommunikasiyaların açılmasının əsas şərtlərindən biri regiondankənar aktorların müdaxilədən imtinasıdır

Tramp Çin məhsullarına rüsumların azaldılacağını bildirib

Kubanıçbek Ömüralıyev: TDT Azərbaycanın Virtual Kosmik Akademiya yaratmaq təşəbbüsünü dəstəkləyir

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

ABŞ-ın Ukrayna ilə bağlı sülh planının təfərrüatları açıqlanıb

“Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilir

XTNS-də şair-həkimlərin iştirakı ilə musiqili poeziya axşamı təşkil edilib

AMB sədri: Bu il 3,3 faiz iqtisadi artım proqnozlaşdırılır

“Əmək və məşğulluq” altsistemində yeni funksionallıq istifadəyə verilib

Ötən gün 51 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Cüdo millisinin baş məşqçisi: Növbəti hədəf qadınlardan ibarət komandamızı da kişilər qədər güclü səviyyəyə çatdırmaqdır

Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib

Azərbaycan Mədəniyyət Mərkəzi Türk Dil Kurumu ilə birgə ana dilimizin təbliği ilə bağlı layihələr həyata keçirəcək

Səfir: Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilişi gələn il başa çatdırıla bilər

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar

Bu gün Türkiyə Böyük Millət Məclisi 105 yaşını qeyd edir

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir ŞƏRH

Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunları ilə əlaqədar Könüllü Proqramına start verilib

Daxili işlər naziri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Ukraynanın Marqanes şəhərinə PUA hücumu nəticəsində 9 nəfər həlak olub

Azərbaycan və Çin arasında imzalanan sənədlər 2,4 qiqavatlıq yaşıl enerji istehsalını nəzərdə tutur

III MDB Oyunlarının rəsmi saytı istifadəyə verilib

“Diplomatic World Sweden” Azərbaycanın iqlim liderliyi barədə yazıb

TDT-nin Baş katibi: Kosmik Agentliklərin növbəti iclasının Qazaxıstanda keçirilməsi nəzərdə tutulub

“AzerGold” tərəfindən Beynəlxalq Yer Gününə həsr olunmuş tədbirlər keçirilib

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalanıb

AMEA “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” Moskva Regional İctimai Təşkilatı ilə əlaqələr qurur

TDT-yə üzv ölkələrin kosmik sahədə birgə fəaliyyəti üçün hüquqi baza yaradılır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat aparılır

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları məlum olub

Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

YÖK sədri BANM-in tədris imkanları barədə məlumatlandırılıb

TƏBİB: Cari ilin ilk rübündə 20 milyondan çox tibbi xidmət göstərilib

Azərbaycanın 5 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ənənəvi kitab sərgisi hazırlanıb

Azərbaycan və Özbəkistan universitetləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Dövlət Rəqs Ansamblı "Mənim Azərbaycanım" adlı konsert proqramı ilə bişkeklilərə unudulmaz anlar yaşadıb

Mərkəzi Baytarlıq Laboratoriyası səriştəlilik sınaqlarında uğurlu nəticə əldə edib

Pekində Azərbaycan-Çin sənədləri imzalanıb

Ötən gün vətəndaşların bank kartlarından 21 min 139 manat və 25 dollar oğurlanıb

Futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşir

FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı sürücülərə müraciət edib

Azərbaycanın COP29 uğuru Londonda mükafatlandırılıb

Çexiyanı Papa Fransiskin dəfnində katolik Baş nazir təmsil edəcək

Azərbaycanın dayanıqlı turizm təcrübələri beynəlxalq sammitdə təqdim olunub

Dünya bazarında qızıl 91 dollardan çox ucuzlaşıb

Mərkəzi Bank inflyasiya proqnozunu açıqlayıb

Dünya birjalarında neft bahalaşıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Kənd təsərrüfatı nazirinin müavini Saatlıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşıb

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Lerikdə polisin keçirdiyi əməliyyat zamanı 10 kiloqram narkotik vasitə aşkarlanıb

Dövlət proqramına uyğun yeni yolun inşası sürətlə davam etdirilir

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstandadır

Çin orbitə üç astronavtla idarə olunan kosmik gəmi çıxaracaq

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Zaqatalada zəncirvarı yol qəzası baş verib, yaralılar var

ABŞ-da terrorla bağlı həbslər bir neçə dəfə artıb

Media: Zelenskinin Krımla bağlı şərhindən sonra Marko Rubio London səfərini ləğv edib

Almaniyada ifrat sağçı AfD partiyasının reytinqi rekord səviyyəyə yüksəlib

Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub

Britaniya parlamentinin Lordlar Palatasında Trans-Xəzər əlaqələrinin artan əhəmiyyəti müzakirə olunub

BVF-dən xəbərdarlıq: Britaniya iqtisadiyyatı tariflərin təsirinə düşür

“SpaceX”in “Cargo Dragon” yük gəmisi stansiyaya rekord çəkidə ərzaq gətirib

Efiopiya ciddi maliyyə çatışmazlığı səbəbindən fəlakətli aclıqla üzləşə bilər

Avstraliya hakimiyyəti koalaların kütləvi şəkildə məhv edilməsinə icazə verib

Nəfəs almaq üçün hava nə qədər təhlükəsizdir? - TƏDQİQAT

Səudiyyə Ərəbistanı yeni nəhəng “Əbədi Bağ” layihəsini elan edib

BƏƏ-də püstə pastasına tələbat sürətlə artır

Ərdoğan: Türkiyə-Pakistan əməkdaşlığı bölgədə sülhə mühüm töhfə verir

Qlobal tədqiqat: Orta yaşlı yetkinlər yaşlılara nisbətən daha çox tənhalıq hiss edirlər

La Liqa: “Barselona” 3 xalı bir qolla qazanıb

İngiltərə Premyer Liqası: “Mançester Siti”dən vacib qələbə

Mahir Emrelinin komanda yoldaşı həmyerlimizin “Nürnberq”də qalmasını arzulayır

Avroliqa: “Fənərbağça” qələbə qazanıb, “Anadolu Efes” məğlub olub

Şərurda azyaşlı su kanalında boğulub

“Economist”: Almaniyada fikir azadlığı təhlükə altındadır

Tramp Yaxın Şərqə ilk səfərini edəcək

Türkiyə Kuboku: “Qalatasaray” finala yüksəlib

Səfir: Bakı dünya üzrə Argentina kinosunu təmsil edən beşinci şəhər kimi tanınır

Zelenski: Ukraynanın “Pasxa atəşkəsi”nin uzadılması ilə bağlı təklifi hələ də qüvvədədir

Azərbaycan millisinin hücumçusu İsrail çempionu olub

Qırğızıstan Milli Kitabxanasında Bəxtiyar Vahabzadənin kitablarının təqdimatı keçirilib

İğdırın yüzlərlə sakini erməni quldur dəstələrinin cinayətlərinin qurbanlarının xatirəsinin anım aksiyasına qoşulub

Alexandra Laurensiçin “Ağla gəlməyən gün” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı olub

Qırğızıstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” açılıb

® “AccessBank” fərdi bankçılıqda güclənir: VIP seqmentində 70 faizlik artım

Britaniya və Aİ arasında müdafiə sazişi imzalana bilər

Tramp: İsraillə bütün məsələlərdə eyni tərəfdəyik

Naxçıvanda təhsil, səhiyyə, mədəniyyət sahələrinin cari vəziyyəti ilə bağlı müşavirə keçirilib

Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib