Azərbaycan alimi “Abay sözü” oxularında məruzəsinə görə diplomla təltif olunub
AzerTAg.az
Bakı, 27 noyabr, AZƏRTAC
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Vüqar Əhməd “Çimkənt 2020 - MDB-nin mədəniyyət paytaxtı” proqramının təsis etdiyi diplomla təltif olunub.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Proqram çərçivəsində Qazaxıstanın Çimkənt şəhərində böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş “Abay sözü” onlayn oxuları keçirilib. MDB və digər xarici ölkələrdən 253 nümayəndənin canlı və onlayn olaraq qatıldığı tədbirdə Vüqar Əhməd məruzə ilə çıxış edib və diplomla təltif olunub.
Qeyd edək ki, MDB-nin 2021-ci il mədəniyyət paytaxtının fəxri estafeti Düşənbə (Tacikistan Respublikası) şəhərinə təhvil verilib.

Xəbərin mətnində orfoqrafik səhv var