ELM VƏ TƏHSİL


Azərbaycan alimi Avropa Nüvə Tədqiqatları Təşkilatında keçirilən konfransda ölkəmizi təmsil edib

Bakı, 29 oktyabr, AZƏRTAC

Cenevrə şəhəri yaxınlığında yerləşən Avropa Nüvə Tədqiqatları Təşkilatında keçirilən konfransda nüvə mərkəzlərinin proqramları müzakirə olunub.

Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildiriblər ki, 400-dən çox alimin qatıldığı tədbirdə Azərbaycanı BDU-nun Fizika Problemləri İnstitutunun direktor müavini Anar Rüstəmov təmsil edib.

Müzakirələr əsasən nüvələrin toqquşma prosesində istifadə olunan yüksək texnologiya, müasir cihaz və tədqiqat üsulları, nüvə fizikasının qarşısında duran problemlər və digər fundamental məsələlərə həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.