ELM VƏ TƏHSİL


Azərbaycan alimi Avstraliyada beynəlxalq konfransın mükafatına layiq görülüb

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev Avstraliyanın Melburn şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Monaş Universiteti və “Management Sciencs and Engineering Management” Beynəlxalq Cəmiyyəti tərəfindən təşkil olunan konfransa ABŞ, Avstraliya, Kanada, Çin, Yaponiya, Hindistan və digər ölkələrin elmi mərkəzlərindən olan 100-ə yaxın alim qatılıb.

Akademik A.Hacıyev plenar məruzə ilə çıxış edib və konfransın mükafatına layiq görülüb.

Konfrans çərçivəsində yüksək impakt faktoru olan “Omega” jurnalının baş redaktoru, professor Benjamin Levle ilə Azərbaycan alimlərinin bu jurnalda məqalələrinin dərc olunması, həmçinin Kanadanın Brock Universitetinin professoru Syed Ejaz Ahmed və Çinin Chengdu Universitetinin professoru Jiuping Xu ilə gələcəkdə birgə elmi araşdırmaların aparılması məsələləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.