ELM VƏ TƏHSİL


Azərbaycan alimi Belarusda beynəlxalq simpoziuma həmsədrlik edib

Bakı, 11 iyul, AZƏRTAC

Belarusun paytaxtı Minskdə “SEAB-2017. Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçirilib.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Dendrologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, simpoziumda 200-dən artıq alim və mütəxəssisin iştirakı ilə Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti, platforma şəklində zəngin biomüxtəlifliyin qorunması mövzuları əsas müzakirə obyekti olub. Beynəlxalq tədbirə Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov həmsədrlik edib və “Abşeronun landşaft memarlığının biomüxtəlifliyi” mövzusunda məruzə ilə çıxış edib.

“SEAB-2015. Avrasiyada biomüxtəliflik” mövzusunda birinci beynəlxalq simpoziumun keçirilməsi təşəbbüsü Dendrologiya İnstitutu tərəfindən irəli sürülüb və ilk dəfə 2015-ci il iyunun 1-dən 5-dək Bakıda baş tutub. Beynəlxalq simpozium 2016-cı ildə isə Türkiyənin Pamukkale Universitetində təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.