ELM VƏ TƏHSİL


Azərbaycan alimi Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Bakı, 11 iyul, AZƏRTAC

Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının Rəyasət Heyəti BMT-nin İctimai İnformasiya Departamenti ilə birgə iclas keçirib. İclasda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ekotoksikologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Qriqori Palatnikov Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, 40 ildən artıqdır Fiziologiya İnstitutunda çalışan Q.Palatnikovun elmi fəaliyyətinin əsas istiqamətini ətraf mühitin mühafizəsi, o cümlədən neftlə çirklənmənin balıqların mərkəzi sinir sisteminə və davranışına təsirinin tədqiqi təşkil edir.

Qeyd edək ki, Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyası 1995-ci ildə ətraf mühitin ekologiyası və onun qorunması sahəsində mövcud olan problemlərin həlli ilə məşğul olan alim və mütəxəssislərin fəaliyyətini əlaqələndirmək məqsədilə yaradılıb. Jores Alferov, Aleksandr Soljenitsın (Nobel mükafatı laureatları), Valentina Tereşkova, Mixail Piotrovskiy kimi tanınmış alimlər bu akademiyanın fəxri üzvləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.