ELM VƏ TƏHSİL


Azərbaycan alimi “Elsevier” nəşriyyatının sertifikatına layiq görülüb

Azərbaycan alimi “Elsevier” nəşriyyatının sertifikatına layiq görülüb

Bakı, 27 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Geoenergy Science and Engineering” (“Geoenergetika Elmləri və Mühəndisliyi”) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Geoenergy Science and Engineering” jurnalının əsas elmi istiqamətlərinə dayanıqlı enerji istehsalı, karbonun əldə edilməsi, sərfiyyatı və saxlanılması, geotermal enerji, hidrogen istehsalı, daşınması və saxlanması, yeraltı qaz anbarları, enerji sənayesində süni intellekt, maşın təlimi və verilənlərin intellektual analizi üsullarının tətbiqi, davamlı karbohidrogen kəşfiyyatı və hasilatı daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.