ELM VƏ TƏHSİL


Azərbaycan alimi Günəş enerjisinin müsbət və mənfi təsirləri barədə məlumat verib

Bakı, 9 dekabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin elmi işçisi Günel Bahəddinova Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “MDB ölkələrində davamlı enerji həlləri və təmiz texnologiyaların təbliği” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə G.Bahəddinova “Günəş enerjisi və onun ətraf mühitə təsiri” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzəçi Yer kürəsinin hansı coğrafi enliklərində Günəş enerjisindən daha çox enerji almağın yolları, Günəş enerjisinin müsbət və mənfi təsirləri barədə söz açıb.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.