ELM VƏ TƏHSİL


Azərbaycan alimi Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib

Bakı, 11 sentyabr, AZƏRTAC 

Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində 5-ci “Altay - türk xalqlarının qızıl beşiyidir” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda Qazaxıstan, Fransa, Rusiya, Türkiyə, Yaponiya, Hindistan və digər ölkələrin alimləri iştirak ediblər.

Beynəlxalq konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov təmsil edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alimin konfransın plenar iclasında “Qıpçaqlar Azərbaycanda: toponimlərdə yaşayan tarix” mövzusunda məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Daha sonra Tahir Şahbazovun S.Amanjolov adına Şərqi Qazaxıstan Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə görüşü olub. Görüşdə azərbaycanlı alimin ölkəmizin qıpçaq mənşəli toponimlərinə həsr olunmuş mühazirəsi dinlənilib və o, müasir türkologiyanın ayrı-ayrı problemləri, Azərbaycan-Qazaxıstan elm və təhsil əlaqələrinin hazırkı vəziyyəti, Qazaxıstanda latın əlifbasına keçidlə bağlı Azərbaycan təcrübəsinin öyrənilməsi və s. məsələlər haqqına sualları cavablandırıb.

Səmimi və maraqlı fikir mübadiləsi şəraitində keçən görüşdən sonra Tahir Şahbazova universitetin rektorluğu tərəfindən təşəkkür məktubu təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.