ELM VƏ TƏHSİL


Azərbaycan alimi beynəlxalq jurnalın redaksiya heyətində təmsil olunur

Azərbaycan alimi beynəlxalq jurnalın redaksiya heyətində təmsil olunur

Bakı, 1 aprel, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Journal of Applied Engineering Science”in beynəlxalq redaksiya heyətinin üzvü seçilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Journal of Applied Engineering Science” maşınqayırma, nəqliyyat, mühəndislik və s. sahələrdə tədqiqatların nəticələrinin təkmilləşdirilməsi və metodların, texnikaların və texnologiyaların tətbiqinə həsr olunan beynəlxalq jurnaldır.

Jurnal “Scopus”, “DOAJ”, “Crossref” “CIndeks”, “Kobson” və digər bazalarda indeksləşir və referatlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.