ELM VƏ TƏHSİL
Azərbaycan alimi beynəlxalq konfransda çıxış edib
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutu direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Rusiyanın Voronej Dövlət Universitetində keçirilən “Fiziki-kimyəvi analiz” mövzusunda XI Beynəlxalq Kurnakov elmi konfransında iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransın plenar iclasında azərbaycanlı alimin “Fiziki-kimyəvi analiz topoloji izolyatorların materialşünaslığında” mövzusunda məruzəsi dinlənilib.
Səfər çərçivəsində M.Babanli Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Rusiyanın bir sıra elmi müəssisələri, o cümlədən Voronej Dövlət Universiteti ilə birgə elmi-tədqiqat işləri və gələcək əməkdaşlıq planlarını müzakirə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]