ELM VƏ TƏHSİL


Azərbaycan alimi beynəlxalq konfransın Proqram Komitəsinin üzvü seçilib

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter sistemləri və şəbəkələri kafedrasının müdiri, professor Vaqif Qasımov noyabrın 25-27-də Kiyevdə keçiriləcək IEEE-nın İnformasiya nəzəriyyəsində qabaqcıl tendensiyalar üzrə (“2020 IEEE International Conference on Advanced Trends in Information Theory ATIT”) beynəlxalq konfransın Proqram Komitəsinin (https://atit.ieee.org.ua/committees/) üzvü seçilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, V.Qasımov konfransda “Təsvirlərin DNT-psevdosimvolları ardıcıllığı və xaotik məntiqi kart əsasında şifrlənməsi alqoritmi” mövzusunda məruzə ilə çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.