ELM VƏ TƏHSİL
Azərbaycan alimi beynəlxalq simpoziumda “Fransız ədəbiyyatında türk-hun mövzusu” adlı məruzə ilə çıxış edib
Bakı, 11 iyun, AZƏRTAC
Niğde Ömər Xalisdemir Universitetinin (Türkiyə), Qazax Milli Qadınlar Pedaqoji Universitetinin (Qazaxıstan) və Bakı Avrasiya Universitetinin (Azərbaycan) təşəbbüsü ilə VIII Beynəlxalq Türk Dünyası Araşdırmalar Simpoziumu keçirilib.
Simpoziumda Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dili mədəniyyəti mərkəzinin müdiri, Təhsil-2 fakültəsinin nəzdində Xarici dillər kafedrasının professoru, filologiya elmləri doktoru Əsgər Zeynalov “Fransız ədəbiyyatında türk-hun mövzusu” adlı məruzə ilə çıxış edib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alim fransız ədəbiyyatının görkəmli nümayəndələrinin türk-hun mövzusunda yazdığı əsərlərdən bəhs edib, xüsusən Atilla ilə bağlı bir sıra qaynaqlara söykənərək maraqlı fikirlər söyləyib.
Tədqiqatçı fransız, ümumiyyətlə Avropa ədəbiyyatında türklərə qarşı ikili münasibət olduğunu vurğulayıb.