ELM VƏ TƏHSİL
Azərbaycan aliminin beynəlxalq konfransdakı fəaliyyəti yüksək qiymətləndirilib
Bakı, 6 may, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova Yaponiyanın Tokio şəhərində onlayn keçirilən “Multidissiplinar akademik qeydlər. Nəzəriyyə, metodologiya və təcrübə” XVII beynəlxalq elmi və praktiki konfransının (Multidisciplinary academic notes. Theory, methodology and practice ХVII International Scientific and Practical Conference) Təşkilat Komitəsi tərəfindən sertifikata layiq görülüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ş.Mahmudova konfransda “İntellektual proqram sisteminin sintezi üçün modelin işlənməsi” (Development of a model for the intelligent software system synthesis) mövzusunda məruzə ilə çıxış edib.
Qeyd edək ki, konfrans “Google Scholar”, “Crossref”, “DOI”, “OUCI”, “BOWKER” və digər nüfuzlu bazalarda indeksləşir və referatlaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]
Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar
- 19.04.2024 [17:27]
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası
- 19.04.2024 [17:25]
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
- 19.04.2024 [16:53]