ELM VƏ TƏHSİL
Azərbaycan aliminin beynəlxalq tədbirdə məruzəsi dinlənilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun ekoloji kataliz laboratoriyasının müdiri, professor Arif Əfəndi Türkiyənin Mersin şəhərində keçirilən 28-ci Milli Kimya Konqresində iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan aliminin “Qaz fazasında monoxlortoluolların modifikasiya olunmuş, Al2O3 və SiO2 üzərinə hopdurulmuş oksovanadium sistemləri iştirakında selektiv oksidləşməsi” mövzusunda elmi məruzəsi dinlənilib.
Tədbirdə, eyni zamanda, müasir kimyanın aktual problemləri müzakirə olunub və gələcək perspektivlər haqqında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]