ELM VƏ TƏHSİL
Azərbaycan aliminin elmi ekspertiza fəaliyyəti yüksək qiymətləndirilib
Bakı, 17 avqust, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Wiley” nəşriyyatının “CAAI Transactions on Intelligence Technology” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Çinin Süni İntellekt Assosiasiyasının İngiltərənin Mühəndislik və Texnologiya İnstitutu ilə birgə nəşr etdirdiyi bu jurnalın impakt faktoru 7.985-ə bərbərdir və dünyada süni intellekt sahəsində dərc olunan jurnalların Q1 sinfinə daxildir.
Yüksək impakt faktora malik olan “CAAI Transactions on Intelligence Technology” jurnalında süni intellekt texnologiyalarının fundamental elmi-nəzəri və praktik problemlərinə həsr olunmuş məqalələr dərc olunur.
Qeyd edək ki, “CAAI Transactions on Intelligence Technology” jurnalı süni intellekt sahəsində 145 impakt faktorlu jurnal arasında 25-ci mövqedə qərarlaşıb və elmmetrik göstəricilərə malikdir.