ELM VƏ TƏHSİL


Azərbaycan aliminin məqalələri yüksək impakt faktorlu beynəlxalq jurnallarda dərc edilib

Bakı, 12 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının əməkdaşı, fizika üzrə elmlər doktoru Azər Əhmədovun həmmüəllifi olduğu “Xarici bircins qravitasiya sahəsində olan koordinatdan asılı kütləli xətti harmonik ossilyatorun dəqiq həll olunan modeli” (Exactly solvable model of the linear harmonic oscillator with a position-dependent mass under external homogeneous gravitational field) adlı məqalə “The European Physical Journal Plus” adlı yüksək impakt faktorlu jurnalda (Clarivate Analytics, Q1 kateqoriyalı) dərc edilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Azər Əhmədovun həmmüəllifi olduğu “Proton-proton və proton-antiproton toqquşmasında rho mezonun birbaşa yaranması” (Direct rho meson production in proton- proton and proton-antiproton collisions) adlı məqalə isə “Clarivate Analytics” Q4 kateqoriyalı “International Journal of Modern Physics” jurnalında dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.