ELM VƏ TƏHSİL


Azərbaycan alimləri Moskvada təltif olunublar

Moskva, 30 noyabr, AZƏRTAC

Moskvada “EcoWorld-2018” Beynəlxalq Ekologiya müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, bu il təltif olunanlar arasında Azərbaycan nümayəndələri də olub. Müsabiqənin yekunlarına əsasən, “Ekoloji siyasət və ətraf mühit” nominasiyasında Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmik Xidmət Mərkəzi sürüşmə proseslərinin dinamikasının və onun fəallaşmasına seysmikliyin təsirinin araşdırılmasına görə birinci mükafata layiq görülüb.

“Ekoloji araşdırmalar, resursqoruyucu və tullantısız texnologiyalar” nominasiyasında Tamerlan Ağayev, Ağamir Həşimov və Elbrus Paşayevdən ibarət beynəlxalq (Rusiya, Azərbaycan) müəlliflər kollektivi su ehtiyatlarından səmərəli istifadənin ekoloji-iqtisadi əsasları tətbiq edilməklə Rusiya Federasiyası ərazisində su ehtiyatlarını regional idarəetmə sisteminin tədqiqinə və yaradılmasına görə II dərəcəli mükafata sahib olub.

“EcoWorld” ekoloji mükafatı Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən 2003-cü ildə təsis edilib. Mükafatın məqsədi ekologiya sahəsində fəaliyyətə ictimai dəstəyi təmin etmək, ekoloji problemlərin həlli üçün hakimiyyət orqanlarının, biznesin və ictimaiyyətin səylərini birləşdirməkdir. Bu il müsabiqəyə dünyanın 18 ölkəsindən 160 iştirakçı qoşulub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.