ELM VƏ TƏHSİL


Azərbaycan alimləri Vyanada elmi konfransda çıxış ediblər

Bakı, 17 aprel, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmlər Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Geologiya və Geofizika İnstitutunun alimləri – yer elmləri üzrə fəlsəfə doktorları Rafiq Səfərov, Nigar Qaragözova, Tofiq Rəşidov və Orxan Abbasov Avropa Yer Elmləri Baş Assambleyasının Vyana şəhərində keçirilən növbəti iclasında elmi məruzələrlə çıxış ediblər.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycan nümayəndə heyəti geologiya və geofizikada tətbiq olunan yeni cihaz və avadanlıqların təqdim edildiyi sərgi və Yer elmləri sahəsində qabaqcıl alimlərin əldə etdiyi elmi nəticələrlə tanış olub.

Konfrans çərçivəsində Massaçusets Texnologiyalar İnstitutunun professoru R.Reilinger, Aralıq dənizi və Qafqaz regionunun kinematikası və geodinamikası üzrə beynəlxalq layihənin iştirakçıları ilə alınmış nəticələrə dair müzakirələr aparılıb və birgə tədqiqat istiqamətləri müəyyənləşdirilib. Bundan başqa, azərbaycanlı alimlər İstanbul Texniki Universitetinin professoru, görkəmli geoloq alim C.Şengör və İsrailin Təl-Əviv Universitetinin professoru L.Eppelbaumla görüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.