ELM VƏ TƏHSİL


“Azərbaycan alimləri diasporası” informasiya sistemi hazırlanır

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan alimləri diasporası” informasiya sistemi işlənilir. Bu məqsədlə işçi qrupu yaradılıb, fəaliyyət planı hazırlanıb.

Bu barədə institutun elmi şurasının iclasında məlumat verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, sistemin kontent təminatı ilə əlaqədar olaraq xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında məlumatların əldə edilməsi ilə bağlı məktublar hazırlanıb və müvafiq təşkilatlara göndərilib.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev “Azərbaycan alimləri diasporası” informasiya sisteminin dünyanın müxtəlif ölkələrində yaşayıb fəaliyyət göstərən azərbaycanlı alimlərin fəaliyyətinin işıqlandırılması və dünya ictimaiyyətinə çatdırılması, onlarla əməkdaşlıq əlaqələrinin təşkili istiqamətində böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Bu sistemin işlənilməsi üçün xaricdə yaşayan azərbaycanlı alim və mütəxəssislərlə əlaqələr qurulmasının, onların fəaliyyəti haqqında dolğun məlumatların əldə edilməsinin zəruri məsələlərdən olduğunu bildirən akademik institut əməkdaşlarını bu prosesdə fəallıq göstərməyə çağırıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramın icrası istiqamətində AMEA-nın Rəyasət Heyətinin qərarı ilə təsdiqlənən “Tədbirlər planı”nın bəndlərindən biri “Azərbaycan alimləri diasporası” informasiya sisteminin işlənilməsi məsələsinə həsr olunub və bu vəzifə İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.